Prezident İlham Əliyev Anarı təbrik edib
13-03-2018, 17:08
Oxunub: 2 076
Prezident İlham Əliyev Yazıçılar Birliyinin sədri xalq yazıçısı Anarı təbrik edib
Təbrikdə deyilir: "Hörmətli Anar müəllim! Sizi – Azərbaycanın görkəmli yazıçısını və tanınmış ictimai xadimini anadan olmağınızın 80 illiyi münasibətilə ürəkdən təbrik edirəm. Sizə cansağlığı, yeni yaradıcılıq uğurları və gələcək fəaliyyətinizdə müvəffəqiyyətlər arzulayıram.
Sizin istedadlı nasir, publisist və dramaturq olaraq çoxəsrlik ənənələrə malik ədəbiyyatımızın daha da zənginləşməsində müstəsna xidmətləriniz vardır. Ən müxtəlif janrlarda qələmə aldığınız əsərlərdə Siz söz sənətkarlarına məxsus yüksək məharətlə müasirlərimizin mənəvi aləminin dolğun təsvirinə nail olmuş, ardıcıl ədəbi-fəlsəfi axtarışlarınızla bədii fikrimizin yeni inkişaf mərhələsinin yaradıcılarından biri kimi səmərəli fəaliyyət göstərmisiniz.
Mövzu aktuallığı, üslub fərdiliyi, dil səlisliyi və dərin həyatiliyi ilə səciyyələnərək yüksək əxlaqi keyfiyyətlər aşılayan nəsr əsərlərinizin geniş oxucu auditoriyasının zövqünün formalaşmasında təsiri təqdirəlayiqdir. Daim rəğbətlə qarşılanan səhnə əsərləriniz və dahi şəxsiyyətlərimizin ömür yolunu özünəməxsus parlaq boyalarla canlandıran kinossenariləriniz şöhrətinizi daha da artırmışdır. Hər biri uzunmüddətli araşdırmanın məhsulu olub ədəbi-mədəni fikir tariximizin bütün məqamlarını ehtiva edən məqalə və esseləriniz intellektual potensialınızın aydın təzahürüdür.
Dilimizin saflığının qorunması uğrunda mübarizə yaradıcılığınızın mühüm istiqamətlərindən birini təşkil etmişdir. Xalqımızın böyük sənətkarlarının övladı olmaqla yeni tarixi şəraitdə azərbaycançılıq məfkurəsinin inkişafında xidmətləriniz danılmazdır.
Azərbaycan Yazıçılar Birliyinin sədri vəzifəsində Siz otuz ildən bəri uğurla çalışmaqdasınız. Ümidvaram ki, ölkəmizin mədəni-ictimai həyatında bundan sonra da fəal iştirakınızla gənc ədəbi nəslin milli ideyalara bağlılıq ruhunda yetişməsi üçün bilik və bacarığınızı əsirgəməyəcəksiniz".
Çox Oxunanlar
- 23-03-2024, 17:43 : Putin Rusiyada matəm elan etdi
Dünya / Xəbərlər
- 30-03-2024, 18:40 : Kəlbəcərdə silah- sursat aşkarlandı
Xəbərlər / Ölkə
- 6-04-2024, 16:31 : İlham Əliyev sərəncam imzaladı
Siyasət / Xəbərlər
- 13-04-2024, 17:21 : "20 Yanvar" faciəsinin şahidi sökülür?
Xəbərlər / Ölkə
- 25-03-2024, 17:57 : Terror aktından sonra bu şəxslərə nəzarət gücləndirildi
Dünya / Xəbərlər
- 26-03-2024, 17:50 : 14 yaşdan kiçiklər üçün sosial media qadağası
Sosial / Xəbərlər
- 28-03-2024, 13:36 : Məktəblərə işə qəbul üzrə təkrar müsahibə keçiriləcək
Xəbərlər / Ölkə
- 20-04-2024, 17:53 : Bu avtobuslardan istifadə edənlərin NƏZƏRİNƏ
Xəbərlər / Ölkə
- 10-04-2024, 15:42 : Misir Mərdanovun səhhətində problem yarandı
Xəbərlər / Ölkə
- 9-04-2024, 17:54 : Türkiyədə ən çox dinlənilən qadın müğənni oldu
Şou-Biznes / Xəbərlər