BolgeXeber.Com » İdman » Qurban Qurbanov millinin heyətini açıqladı

Qurban Qurbanov millinin heyətini açıqladı

15-03-2018, 11:21
Oxunub: 4 022 Qurban Qurbanov millinin heyətini açıqladıAzərbaycan milli komandasının heyəti açıqlanıb. Qaynarinfo xəbər verir ki, yığmamızın baş məşqçisi Qurban Qurbanov heyətə 24 futbolçu cəlb edib

Bu oyunçular martın 15-24-də Bakıda, 25-28-də isə Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında olacaq. Millimiz ayın 23-də Bakı Olimpiya Stadionunda Belarus, martın 27-də isə Antalyadakı "Mardan” stadionunda Makedoniya yığması ilə yoldaşlıq oyunu keçirəcək.

Qapıçılar: Kamran Ağayev ("Keşlə”), Rəşad Əzizli, Səlahət Ağayev (hər ikisi "Neftçi”).
Müdafiəçilər: Maksim Medvedev, Elvin Yunuszadə (hər ikisi "Qarabağ”), Ruslan Abışov ("Neftçi”), Ürfan Abbasov ("Qəbələ”), Tural Axundov ("Sumqayıt”), Rahil Məmmədov ("Səbail”), Şəhriyar Rəhimov ("Kəpəz”), Pavel Paşayev ("Aleksandriya”, Ukrayna).
Yarımmüdafiəçilər: Qara Qarayev, Coşqun Diniyev, Riçard Almeyda (hamısı "Qarabağ”), Namik Ələskərov, Rəhman Hacıyev, Emin Mahmudov (hamısı "Neftçi”), Asif Məmmədov ("Qəbələ”), Cavid İmamverdiyev, Rəşad Eyubov (hər ikisi "Sumqayıt”), Araz Abdullayev ("Anortosis”, Kipr), Dimitri Nazarov ("Aue”, Almaniya).
Hücumçular: Amil Yunanov ("Sumqayıt”), Ruslan Qurbanov ("Qəbələ”).