İlham Əliyev: "Cümhuriyyətin süqutu bizə dərs oldu"
15-03-2018, 11:23
Oxunub: 3 043
"Mayda Azərbaycan Demokratik Respublikasının 100 illiyi qeyd olunacaq. Biz bundan qürur hissi keçiririk. Onlar müsəlman aləmində ilk demokrat respublika qurdular, bununla fəxr edirik"
Bolgexeber.com xəbər verir ki, bu sözləri prezident İlham Əliyev VI Qlobal Bakı Forumundakı çıxışında deyib.
Dövlət başçısı bildirib ki, Azərbaycan xalqı azad cəmiyyətdə yaşamaq istədiyini sübut edib: "Respublikanın qurucuları elə bir cəmiyyət qurulmasını istəyirdilər ki, orada bütün insanların hüquqları qorunsun. Azərbaycan Xalq Cümhuriyyətinin bugünkü Azərbaycanın inkişafında rolu böyükdür. Onlar 100 il öncə mühüm qərarlar qəbul ediblər, məsələn, onlar qadınlara səsvermə hüququnun verilməsini qəbul ediblər. Bu, Avropa dövlətlərindən əvvəl olub. Əfsuslar olsun ki, Azərbaycan Xalq Cümhuriyyətinin mövcudluğu çox çəkmədi, iki ildən az oldu. Cümhuriyyətin süqutu bizə dərs oldu. Müstəqilliyi qazanmaq onun qorunmasından daha asandır. Azərbaycan bu gün sözün əsl mənasında tam müstəqil ölkədir. Gələcəklə bağlı qarşımızda çox aydın planlar var. Azərbaycan Demokratik Respublikasının qurucuları ölkənin bugünkü inkişafını görsəydilər, qürur hissi keçirərdilər. Ölkələr yalnız müstəqil olanda inkişaf edə bilər. Azərbaycanın da inkişafı bu cürdür”.
Çox Oxunanlar
- 30-03-2024, 18:40 : Kəlbəcərdə silah- sursat aşkarlandı
Xəbərlər / Ölkə
- 6-04-2024, 16:31 : İlham Əliyev sərəncam imzaladı
Siyasət / Xəbərlər
- 13-04-2024, 17:21 : "20 Yanvar" faciəsinin şahidi sökülür?
Xəbərlər / Ölkə
- 25-03-2024, 17:57 : Terror aktından sonra bu şəxslərə nəzarət gücləndirildi
Dünya / Xəbərlər
- 26-03-2024, 17:50 : 14 yaşdan kiçiklər üçün sosial media qadağası
Sosial / Xəbərlər
- 28-03-2024, 13:36 : Məktəblərə işə qəbul üzrə təkrar müsahibə keçiriləcək
Xəbərlər / Ölkə
- 20-04-2024, 17:53 : Bu avtobuslardan istifadə edənlərin NƏZƏRİNƏ
Xəbərlər / Ölkə
- 10-04-2024, 15:42 : Misir Mərdanovun səhhətində problem yarandı
Xəbərlər / Ölkə
- 9-04-2024, 17:54 : Türkiyədə ən çox dinlənilən qadın müğənni oldu
Şou-Biznes / Xəbərlər
- 25-03-2024, 17:47 : Zamiq Hüseynov: “Kiminsə sözü məni narahat etmir”
Şou-Biznes / Xəbərlər