BolgeXeber.Com » Şou-Biznes » Aktrisadan xəbərdarlıq: “Kim nişanlımın şəklini çəkib yaysa, onu polisə verəcəm”

Aktrisadan xəbərdarlıq: “Kim nişanlımın şəklini çəkib yaysa, onu polisə verəcəm”

15-03-2018, 12:11
Oxunub: 3 724 Aktrisadan xəbərdarlıq: “Kim nişanlımın şəklini çəkib yaysa, onu polisə verəcəm”Bu günlərdə barmağına üzük taxıb, subaylığın daşını atan aktrisa Nigar Babayeva tədbirlərin birinə nişanlısı ilə qatılıb

Yenicag.az-a açıqlama verən aktrisa bundan sonra hər yerə sevib-seçdiyi insanla qatılacağını deyib:

“Bu gündən sonra belə olacaq. Məni hər yerdə nişanlımla bərabər görəcəksiniz. Nəinki tədbirlərdə, hətta çəkiliş meydançasında da onsuz olmayacam. Ona görə yox ki, mənə inanmır. Sadəcə olaraq, biz bir-birimizdən ayrı qalmaq istəmirik. Hərçənd yaradıcılıq işlərində mənə müdaxilə etmir, amma çəkildiyim hər obrazı da onunla məsləhətləşəcəm.”.

Aktrisa nişanlısının fotolarını çəkməyə icazə verməyib:

“Toyumuz yayda olacaq. Medianı da dəvət edəcəm: gəlib istədikləri qədər şəkil çəkib, yayarlar. Lakin toya qədər kim nişanlımın şəklini çəkib yaysa, onu polisə verəcəm”.
Aktrisadan xəbərdarlıq: “Kim nişanlımın şəklini çəkib yaysa, onu polisə verəcəm”
Aktrisadan xəbərdarlıq: “Kim nişanlımın şəklini çəkib yaysa, onu polisə verəcəm”