BolgeXeber.Com » Gündəm » "Bir dəfə də olsun zəng etmədilər" - GİLEY

"Bir dəfə də olsun zəng etmədilər" - GİLEY

15-03-2018, 12:44
Oxunub: 3 527 "Bir dəfə də olsun zəng etmədilər" - GİLEYBakıda yaşayan gənclərdən biri işədüzəltmə agentliyindən şikayət edib

Adını açıqlamaq istəməyən şikayətçi “Qafqazinfo”ya bildirib ki, RS İR şirkətindən ona 3 ay ərzində iş tapacaqlarını söz versələr də, bir dəfə də zəng etməyiblər:

“Dedilər ki, vakansiya olduğu halda sizlə əlaqə saxlayacağıq.Bir dəfə də olsun zəng etmədilər. Müqaviləyə görə də 10 manat pul da alırlar. Axırda özüm yenidən yaxınlaşdım, mənə dedilər ki, niyə zəng edib yadlarına salmıram.

Müqavilə bağlanan zaman imkan vermirdilər ki, danışasan. Ali təhsilim, başqa şirkətlərdə iş təcrübəm var. Ancaq mənə bir dəfə Sədərəkdə satıcı işini təklif etdilər. Halbuki müqavilə zamanı hansı ixtisasları istədiyimi yazmışdım. İşə razı olmadığımı bildirdim. Dedilər əlaqə saxlayacağıq. Lakin hələ də zəng etməyiblər”.

Məsələ ilə bağlı RS İR işədüzəltmə agentliyi ilə əlaqə saxladıq. Agentlikdən bildirilib ki, müqavilə bağlanan zaman 10 manat tələb olunur və 3 ay ərzində iş tapılır:

“Biz 10 manatdan qazanmırıq ki, kimisə aldadaq. Bizə maraqlıdı ki, müştərimizə iş tapaq. Çünki maaşın 50%-ni müqaviləyə əsasən agentlik götürür. Bəzən elə olur ki, müştərinin istədiyi ixtisasa uyğun iş olmur və biz də əlaqə saxlamırıq. Amma iş axtarmağa davam edirik”.
"Bir dəfə də olsun zəng etmədilər" - GİLEY