BolgeXeber.Com » İdman » Şəhriyar Məmmədyarov İddiaçılar turnirində yenə heç-heçə etdi

Şəhriyar Məmmədyarov İddiaçılar turnirində yenə heç-heçə etdi

16-03-2018, 10:07
Oxunub: 3 527 Şəhriyar Məmmədyarov İddiaçılar turnirində yenə heç-heçə etdi  Berlində şahmat üzrə İddiaçılar turnirinin beşinci turunda Azərbaycan qrossmeysteri Şəhriyar Məmmədyarov Çin təmsilçisi Liren Dinq ilə qarşılaşıb

Bolgexeber.com xəbər verir ki, şahmatçımız çinli idmançı ilə də heç-heçə edib.

Beş turdan sonra Fabiano Karuana 3,5 xalla birinci pillədə qərarlaşıb. Hesabında 3 xal olan Ş.Məmmədyarov və V.Kramnik 2-3-cü yerləri bölüşürlər. L.Dinq, L.Aronyan və A.Qrişuk 2,5 xalla 4-6-cı pillədə qərarlaşıblar. S.Karyakin və U.So 1,5 xalla 7-8-ci yerdədirlər.