Bu yolla Qəbələyə turist cəlb etmək yox, turist qaçırmaq olar... - FAKT
16-03-2018, 12:21
Oxunub: 1 915
Qəbələdə özünəməxsusluğu ilə seçilən, yüz illiklərin sınağından çıxmış Nic bazarı fəaliyyət göstərir
Bu bazara ətraf rayonlarla yanaşı, Gürcüstandan, eləcə də Dağıstandan satıcılar gələrək ticarətlə məşğul olurlar. Bazar ancaq həftənin istirahət günləri fəaliyyət göstərir və on minlərlə insana xidmət edir.
Sputnik Azərbaycan-ın bölgə müxbiri sözügedən bazarda olub və məkanın hazırkı vəziyyəti ilə tanış olub. Nic bazarı həm qədim ticarət məkanı olması, həm də qiymətlərin münasibliyi ilə diqqət çəkir.
Bununla yanaşı, bazarda antisanitar vəziyyət baş alıb gedir. Bazarın baytarı isə məkandakı bu xoşagəlməz vəziyyəti görməməzlikdən gələrək, vəziyyətin yüksək səviyyədə olmasından ağızdolusu danışır. Halbuki, ət kəsimi və satışı üçün nəzərdə tutulmuş yerlərə daxil olduqda qarşılaşdığımız antisanitar vəziyyət və ət məhsullarının yerdə olması hər şeyi açıq-aşkar ortaya qoyur.
Bir neçə il bundan əvvəl məhz antisanitar vəziyyətin baş alıb getməsi səbəbindən bazar bağlanmışdı. Lakin çoxsaylı insanların müraciəti, eləcə də tarixiliyi nəzərə alınaraq bazarın fəaliyyəti bərpa olunmuşdu. Həmçinin aidiyyatı qurumlar tərəfindən bazardakı xoşagəlməz vəziyyətlə bağlı bazar sahibinə son xəbərdarlıq edilmişdi.
Bu yolla Qəbələyə turist cəlb etmək yox, turist qaçırmaq olar...
Bütün bunlara baxmayaraq, kimlərinsə qazanc əldə etmək arzusu, heç bir xərc sərf etmədən bazarı genişləndirmək arzusu ucbatından insanlar hazırda antisanitar şəraitdə bazardan alış-veriş edirlər.
Qəbələ Rayon Gigiyena və Epidemiologiya Şöbəsi də bazardakı mövcud xoşagəlməz vəziyyətlə tanışdır. Şöbənin baş həkimi Bəxtiyar Məmmədov Sputnik Azərbaycan-a bildirib ki, 2017-ci ildə həmin sahibkarlıq subyektinə 2 dəfə, 2018-ci ildə isə 1 dəfə xəbərdarlıq məktubu göndərilməsinə baxmayaraq, heç bir tədbir görülməyib.
Bundan başqa, bazar ətrafında bir neçə dəfə reyd keçirilib və yoxlama olub. Amma yoxlamaların dayandırılması səbəbindən, hazırda ərazidəki vəziyyəti araşdırmaq mümkün deyil.
Qeyd edək ki, 200 illik tarixə malik bazara minlərlə alıcı ilə yanaşı, maraq üçün turistlər də axın edir. Bazarın bu vəziyyətdə fəaliyyət göstərməsi, antisanitar vəziyyətin hökm sürməsi heç bir qonaq və turist tərəfindən xoş qarşılanmır.
Ümid edirik ki, bazar sahibi ən azından bu tarixi məkana üz tutan xarici qonaqları nəzərə alıb, bazardakı vəziyyətin yaxşılaşdırılması üçün lazımi tədbirlər görəcək.
Çox Oxunanlar
- 30-03-2024, 18:40 : Kəlbəcərdə silah- sursat aşkarlandı
Xəbərlər / Ölkə
- 6-04-2024, 16:31 : İlham Əliyev sərəncam imzaladı
Siyasət / Xəbərlər
- 13-04-2024, 17:21 : "20 Yanvar" faciəsinin şahidi sökülür?
Xəbərlər / Ölkə
- 28-03-2024, 13:36 : Məktəblərə işə qəbul üzrə təkrar müsahibə keçiriləcək
Xəbərlər / Ölkə
- 20-04-2024, 17:53 : Bu avtobuslardan istifadə edənlərin NƏZƏRİNƏ
Xəbərlər / Ölkə
- 10-04-2024, 15:42 : Misir Mərdanovun səhhətində problem yarandı
Xəbərlər / Ölkə
- 9-04-2024, 17:54 : Türkiyədə ən çox dinlənilən qadın müğənni oldu
Şou-Biznes / Xəbərlər
- 4-04-2024, 18:59 : Əli Əsədov Konqo prezidenti ilə görüşdü
Siyasət / Xəbərlər
- 13-04-2024, 15:52 : “WhatsApp” işlədənlərin NƏZƏRİNƏ - Bunu etmək mümkün olacaq
Xəbərlər / Ölkə
- 6-04-2024, 16:28 : Rəsmi Bakıdan İrəvana cavab
Siyasət / Xəbərlər