BolgeXeber.Com » Dünya » İşıqlar sönəcək, internet kəsiləcək - Həyat 1 günlük dayanacaq

İşıqlar sönəcək, internet kəsiləcək - Həyat 1 günlük dayanacaq

16-03-2018, 16:26
Oxunub: 3 219 İşıqlar sönəcək, internet kəsiləcək - Həyat 1 günlük dayanacaqİndoneziyanın Bali adasında hinduların ənənəvi “Səssizlik bayramı” başlayır

Axşam.az xarici mediaya istinadən xəbər verir ki, bayram günü hər yer səssizliyə bürünəcək: internet kəsiləcək, turistlər də daxil olmaqla, kimsə küçəyə çıxmayacaq. Yerli dildə “Nyepi” adlandırılan tədbirlər 24 saat çəkəcək. Gün boyu bütün uçuşlar təxirə salınacaq, qaydalara riayət etmək üçün insanlara nəzarət edən “Percalanqlar” küçələrdə gəzəcək.

“Şeytanın Yer üzünə enməsi” kimi simvollaşdırılan “Nyepi” bayramında hindular pis şans və uğursuzluqları qovmaq üçün əyləncələri yığışdıraraq, bir günlük elektrik enerjisindən də istifadə etməyəcəklər. Hindular “Nyepi"ni yeni ilə giriş kimi qəbul edirlər.