BolgeXeber.Com » İdman » Məmmədyarov qalib gəldi, liderliyə şərik oldu

Məmmədyarov qalib gəldi, liderliyə şərik oldu

17-03-2018, 10:47
Oxunub: 3 435 Məmmədyarov qalib gəldi, liderliyə şərik olduBerlində şahmat üzrə İddiaçılar turnirinin altıncı turu yekunlaşıb

Oxu.Az xəbər verir ki, Şəhriyar Məmmədyarov və rusiyalı qrossmeyster Vladimir Kramnik arasında keçirilən partiya 64-cü gedişdə şahmatçımızın qələbəsi ilə başa çatıb.

Bununla xallarını 4-ə çatdıran şahmatçımız amerikalı Fabiano Karuana ilə ilk pilləni bölüşdürür.

Qeyd edək ki, turnirin qalibi Norveçli Maqnus Karlsenlə matçda çempionluq tacı uğrunda mübarizə aparmaq hüququ qazanacaq.