BolgeXeber.Com » Xəbərlər » Azərbaycan prezidenti Əlibəy Hüseynzadənin qızını “Dostluq” ordeni ilə təltif edib

Azərbaycan prezidenti Əlibəy Hüseynzadənin qızını “Dostluq” ordeni ilə təltif edib

17-03-2018, 16:23
Oxunub: 2 960 Azərbaycan prezidenti Əlibəy Hüseynzadənin qızını “Dostluq” ordeni ilə təltif edibPrezident İlham Əliyev Azərbaycan mütəfəkkiri Əlibəy Hüseynzadənin qızı Feyzavər Turan Alpsarın “Dostluq” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb

Bolgexeber.com-un xəbərinə görə, sərəncamda deyilir ki, Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında mədəni əlaqələrin möhkəmləndirilməsində xidmətlərinə görə Feyzavər Turan Alpsar “Dostluq” ordeni ilə təltif edilsin.
Qeyd edək ki, Azərbaycanın tanınmış şəxsiyyətlərindən olan Əlibəy Hüseynzadənin kiçik qızı Feyzavər Alpsar Memar Sinan adına İncəsənət akademiyasının məzunu olub, o, yaşadığı Türkiyənin məşhur rəssamlarından biridir.