loading...
XƏBƏR LENTİ
ƏN ÇOX OXUNULANLAR

SORĞU
 

Saytımızın yeni görünüşü

Əla!
Yaxşı
Normal
Fərq görmürəm
Çox pis!

 
 

Əli Həsənov: “Azərbaycan 2018-ci ili də uğurla başa vuracaq”

Əli Həsənov: “Azərbaycan 2018-ci ili də uğurla başa vuracaq”Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) Novruz bayramı münasibətilə keçirdiyi fərdi jurnalist yazıları müsabiqəsinin qaliblərinin mükafatlandırılması mərasimi keçirilib

KİVDF-nin icraçı direktoru Vüqar Səfərli qeyd edib ki, Fond KİV-lərin inkişafı, jurnalistlərin maddi vəziyyətinin yaxşılaşdırılması üçün bir sıra tədbirlər həyata keçirir:

"Hər il 10-a yaxın belə müsabiqə keçirilir. İl ərzində bu müsabiqələrdə qalib olan 600-ə yaxın jurnalist mükafatlandırılır".

V.Səfərli deyib ki, bu il ilk yazı müsabiqəsi Novruz bayramı ərəfəsində keçirilib. Müsabiqədə 67 kütləvi informasiya vasitəsi iştirak edib və müsabiqəyə 169 yazı daxil olub:

"Müsabiqəyə təqdim olunmuş yazılar ekspertlər tərəfindən qiymətləndirilib və hər istiqamət üzrə 6 yazı qalib elan edilib. Hər bir istiqamət üzrə birinci yer üzrə 1, ikinci yer üzrə 2, 3-cü yer üzrə isə 3 yer müəyyən edilib. Ümumilikdə 15 istiqamət üzrə 90 yazı qalib elan olunub".

Tədbirdə çıxış edən Azərbaycan Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi - şöbə müdiri Əli Həsənov bildirib ki, Azərbaycanın qələm sahibləri vasitəsilə ölkəmizin reallıqları dünyaya çatdılır: "Jurnalistlərlə ünsiyyətdə olmaq mənim üçün çox şərəfdir. Jurnalistlər arasında özümü çox güclü hesab edirəm. Qələm sahibləri olan yerdə dövlətin, millətin problemləri lazımi dairələrə çatdırılır, onlar vasitəsilə biz həm öz cəmiyyətimiz, həm də xarici aləmlə ünsiyyətə giririk".

Ə.Həsənov əlavə edib ki, 2017-ci il dövlətimizin inkişafında uğurlu il olub. Dövlətin inkişafı, sosial layihələr və nəzərdə tutulan digər layihələr uğurla icra edilir: "Bu barədə Prezident də Nazirlər Kabinetinin toplantılarında məlumat verib. 2018-ci ildə də bizi mühüm hadisələr gözləyir. Bunların arasında ən mühümü aprelin 11-də keçiriləcək prezident seçkiləridir. Bu seçkilərə artıq start verilib. Bu ayın 20-dən başlayaraq aprelin 10-na qədər seçkiqabağı təbliğat dövrü olacaq. Əminəm ki, sizlər bu təbliğata hazırsınız. Bu təbliğatın böyük hissəsi məhz KİV-lərin üzərinə düşəcək. Siz qarşıdan gələn prezident seçkilərində həm vətəndaş kimi seçkilərdə iştirak edərək namizədlərə öz münasibətini bildirəcək, həm də bilavasitə seçkiləri işıqlandıracaqsınız".

PA rəsmisi qeyd edib ki, bu il ölkədə həm də Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinin qeyd edilməsi ilə bağlı tədbirlər keçiriləcək: "Düşünərəm ki, 2018-ci il həm məhsuldar, həm də sizin fəaliyyətiniz üçün kifayət qədər meydanın mövcud olduğu bir il olacaq".

Ə.Həsənov deyib ki, ümummilli lider Heydər Əliyevin təməlini qoyduğu media siyasəti bu gün də Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla həyata keçirilir.

O bildirib ki, Azərbaycan 2018-ci ili də uğurla başa vuracaq: "Ümid edirəm ki, bu il Azərbaycanın mühüm, hələ də həll edilməyən problemi - Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi nəhayət öz həllini tapacaq, işğal altında olan torpaqlarımız azad olunacaq və öz evlərinə qayıtmağı səbirsizliklə gözləyən qaçqın və məcburi köçkünlər doğma yurdlarına dönəcəklər".

Daha sonra müsabiqənin qalibləri mükafatlandırılıb.
Bölmə: Xəbərlər | 17 mart 2018 18:02 | Baxış sayı: 189





ŞƏRH YAZ
Adınız:       E-mail ünvanınız:

Qalın Maili Alt cizgi Üst cizgi | Solda Mərkəzdə Sağda | Gülməcə əlavə et Keçid linki əlavə etQorunmuş keçid linki əlavə et Выбор цвета | Gizli mətn Sitat gətir Seçilmiş yazıları kiril əlifbasına çevir Вставка спойлера
Rəsimdə gördüyünüz kodu daxil edin: