BolgeXeber.Com » Şou-Biznes » “Oğlan var, ölür məndən ötrü...” – Natavandan sensasion açıqlamalar

“Oğlan var, ölür məndən ötrü...” – Natavandan sensasion açıqlamalar

19-03-2018, 12:57
Oxunub: 3 672 “Oğlan var, ölür məndən ötrü...” – Natavandan sensasion açıqlamalar“Bilmirəm, nəylə bağlıdır. Amma artıq hər şeyə baxışım dəyişib. Planlarımı maqazin verilişlərinə də açıqlamıram. Edib, sonra deyirəm”

Ailem.az-ın məlumatına görə, bu sözləri müğənni Natavan Həbibi “Sənətsevər” verilişində deyib.

“Uşaqlıqdan hər zaman diqqət içində böyümüşəm. İlk dəfə altıncı sinifdə oxuyanda mənə dedilər ki, başqa sinifdə oğlan var, ölür məndən ötrü. Onun sevgisi o qədər güclü oldu ki, valideynləri də bu işə qarışdı. Hətta bizi nişanlamaq istəyirdilər. Amma alınmadı, məni ona vermədilər. Heç vaxt düşünmürdüm ki, ailə qurub, uşaq sahibi olmalıyam. Uşaqlıqdan deyirdim ki, mən ev xanımı olacam, həyat yoldaşım işləyib, bizə baxacaq. Müğənni oldum, alınmadı. Son iki ildə Səid (reper Dado - red.) çıxdı, alınmadı. Mənə qarşı "ürəyiağrıyan" baxışlar istəmirəm. Hamıdan güclüyəm. Onunla ailə qurmağıma peşman deyiləm, oldu keçdi”.