BolgeXeber.Com » Bölgə » Novruz bayramı Bərdədə böyük ruh yüksəkliyi ilə qeyd olunur-FOTOLAR

Novruz bayramı Bərdədə böyük ruh yüksəkliyi ilə qeyd olunur-FOTOLAR

20-03-2018, 12:31
Oxunub: 22 636 Novruz bayramı Bərdədə böyük ruh yüksəkliyi ilə qeyd olunur-FOTOLARBahar bayramı Nüşabə yurdu olan qədim Bərdədə böyük ruh yüksəkliyi ilə qeyd olunur

Bolgexeber.com xəbər verir ki, Novruz Şimal yarımkürəsində astronomik yazın başlandığı, gecə-gündüz bərabərliyi günündə (martın 20-si, 21-i və ya 22-sində) keçirilir. Bir sıra xalqlar yaz fəslinin gəlməsini təbiətin canlanması ilə bağlamış, bu münasibətlə şənliklər keçirmiş, onu yeni ilin başlanğıcı kimi bayram etmişlər.

Novruz bayramı respublikamızın bütün bölgələrində yerləşən idarə və təşkilatlarda olduğu kimi Bərdə Regional Mədəniyyət və Turizm İdarəsi tərəfindən də böyük ruh yüksəkliyi ilə qeyd olunur, müxtəlif el şənlikləri keçirilir.

Regional İdarənin Bərdə rayon nümayəndəliyində təşkil olunan tədbirlərdə xalqımızın qədim adət-ənənləri nümayiş etdirilib və əhali arasında bayram əhval ruhiyyəsi daha da yüksəldilib.

Bərdə Rayon İcra Hakimiyyəti və rayon Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə Bərdə şəhər Heydər Əliyev parkında baş tutan tədbirdə iştirakçılara əsl bayram sevinci yaşadılıb. Bayramsayağı bəzədilmiş meydanda alaçıqlar qurulmuş, xonçalar və səmənilər düzülmüş, müxtəlif milli oyunlar, Novruz adətləri, xalq tətbiqi sənəti nümunələri, milli xörəklər, şirniyyatlar nümayiş etdirilmişdir. Gənc idmançıların, pəhləvanların və kəndirbazın çıxışları isə tədbirə daha da maraq qatıb.

Sakinlərlə yanaşı yerli və xarici turistlərin də iştirak etdiyi tədbirdə çıxış edənlər bayram təbriklərin çatdıraraq bu bayramın yarnma tarixindən danışıblar.

Tədbirdə respublikanın tanınmış musiqiçiləri və rayonun bədii özfəaliyyət kollektivləri rəngarəng konsert proqramı ilə çıxış ediblər. Dədə Qorqudun və Bahar qızın çıxışları, Kosa və Keçəlin zarafatları isə tədbir iştirakçılarında xoş ovqat hissini daha da yüksəldib.
Sonda rayonun ictimai-siyasi və mədəni həyatında fəallıq göstərən şəxslərə fəxri fərman və dəyərli hədiyyələr təqdim olunub.

Bütün bunlarla yanaşı Rayon Mədəniyyət Mərkəzin tabeliyində olan Kələntərli kənd Mədəniyyət evi, Nazırlı kənd Mədəniyyət evi, Kolayır kənd xalq yaradıcılığı evi, Mollaəhmədli kənd klubu, Mustafaağalı kənd Mədəniyyət evi, Saatlı kənd Mədəniyyət evi, Qəhrəmanlı kənd Mədəniyyət evi, Böyük Göyüşlü kənd Folklor klubu, Zümürxan kənd Mədəniyyət evi, Vəliuşağı kənd Mədəniyyət evi, Otuzikilər kənd mədəniyyət evi, Yeni Əyricə Xalq yaradıcılığı klubu, Yeni Əyricə kənd Mədəniyyət evi, Bala Qəcər kənd klubu, Hacallı kənd Folklor evi, 2 nömrəli Hacallı kənd Folklor evi, Qayalı kənd klubu,Mirzəxan kənd Mədəniyyət evi, Həsənqaya kənd folklore klubu, Şatırlı kənd Mədəniyyət evi,Lək kənd klubu, Məmmədli kənd klubu, Divanlı kənd xalq yaradıcılığı evi, Kətəlparaq kənd folklore evi, Qaraqoyunlu kənd Mədəniyyət evi, Gülgəzli kənd klubu, Türkmən kənd klubu, Uğurbəyli kənd klubu və digər klub müəssisələri də Novruz bayramını silsilə tədbirlərlə qeyd ediblər.

Bərdə rayon Mərkəzi Kitabxana Sistemində də Novruz bayramını məxsusi rəngarəngliyi ilə qeyd olunub. Sistemin nəzdində fəaliyyət göstərən bütün kitabxana filiallarında bayram tədbirləri təşkil olunaraq milli adət ən-ənələrimizdən söz açılıb.

Regional İdarənin Yevlax şəhər nümayəndəliyi də Novruz bayramı silsilə tədbirlərlə qeyd edilib. Tədbirlərdə Novruz adət-ənənələrini əks etdirən səhnəciklərin nümayişi, Kosa və Keçəlin oyunu bayram əhval-ruhiyyəsini daha da alovlandırıb.

Yevlax Şəhər Mədəniyyət Mərkəzi tabeliyində olan bir neçə klub müəssisəsi ilə birlikdə Novruz bayramına həsr edilmiş ədəbi-bədii, musiqili tədbir proqramı təşkil edib. Yevlax Şəhər Mədəniyyət Mərkəzinin direktoru, Respublikanın “Əmakdar Mədəniyyət işçisi” Eldəniz Mustafayevin rəhbərliyi ilə təşkil olunan tədbirdə öncə bayram haqqında geniş məlumat verilib, qədim zamanlardan başlayaraq Azərbaycanda və bir çox şərq ölkələrində baharın - yeni ilin gəlişinin şənliklərlə qarşılandığını vurğulanıb. Novruz adətləri barədə danışılaraq bildirilib ki, xalqımızın ümummilli lideri, müstəqil Azərbaycanın memarı olan ümummilli Heydər Əliyev Novruz bayramını çox sevirdi, bu qədim bayramın dirçəlməsi, qorunub-saxlanması üçün böyük işlər görmüşdü.

Daha sonra tədbirin konsert hissəsinə start verilib. Mərkəzin nəzdində fəaliyyət göstərən Kür vokal instrumental ansamblın solistləri müğənni və xanəndələr Ədalət Əkbərov, Rəşad Hüseynov, Vasif Əsgərov, Rəşad Şükürov, Elşad Ehtramoğlu, Xan Məmmədov, Orxan Əkbərov və bir neçə gənc müğənnilər rəngarəng proqramlarla çıxış ediblər.

Dədə Qorqud, Bahar qızı, Keçəl, Kosa, Gombul obrazları isə meydana çıxaraq tədbirin ahənginə yeni bir çalar gətiriblər. Bayramlar bayramı olan “Novruz” tədbirində, Bərdə Rayon Mədəniyyət Mərkəzinin əməkdaşları da qonaq qismində iştirak ediblər. Rayon Mədəniyyət Mərkəzinin “Qarabağ xalq çalğı alətləri ansamblı”nın solistləri Sabir Mustafayev, Respublikanın “Fəxri Mədəniyyət İşçisi” xanəndə Reyhan Rəcəbova, Ərəstun Əliyev, Firdovsi Məmmədov xüsusi məharətlə ifa etdikləri musiqiləri Yevlax sakilərinə ərməğan etdilər. Bundan başqa tədbirdə kəndirbazlar, idmançılar, Xaldan kənd Uşaq musiqi məktəbinin rəqs qrupu Novruz ahənginə uyğun çıxışlar ediblər.

Tədbirin sonunda bir qrup fəallara bayram hədiyyələri paylanılıb.

Yevlax Şəhər Mədəniyyət Mərkəzinin filiallarından olan Ərəş, Varvara kənd folklor evləri, Hacımahmudlu kənd Diyarşünaslıq klubu, Aran 2 qəsəbə, Ərəbbəsrə, Yədili kənd mədəniyyət eviləri, Qaramanlı kənd klubu və digər klub müəssisələri də Novruz bayramı ilə bağlı tədbirlər təşkil edib. Tədbirlər əhali tərəfindən böyük maraqla qarşılanıb.

Regional İdarənin tabeliyində olan Yevlax şəhər Tarix-Diyarşünaslı muzeyi də Novruz bayramını qeyd edib.

Tədbiri giriş sözü ilə muzeyin direktoru Kəmalə Mikayılova açaraq milli bayramımız olan Novruzun qədim tarixi, adət - ənənələri, ilin son 4 çərşənbələri haqqında geniş məlumat verib.

Tədbirin davamı olaraq məktəblilər Novruzun adət-ənənələrini əks etdirən səhnəcikləri nümayiş etdiriblər. Novruzun personallarından olan kosa və keçəl öz şıltaq deyişmələri ilə şənliyi daha da rəngarəng ediblər. Tədbirdə, həmçinin, kompozisiya iştirakçıları yumurta döyüşüb, qorğa qovrulması, yun daranması və əyrilməsi kimi səhnələr göstəriblər.

Sonra şagirdlər Azərbaycana, bahara, Novruza aid şeirlər söyləyiblər. Bundan başqa tədbirdə Yevlax şəhər 2 nömrəli uşaq musiqi məktəbinin şagirdləri tərəfindən saz havaları və milli musiqi nömrələri də ifa edilib.

Sonda uşaqların yallı rəqsi ilə tədbirə yekun vurulub və onlara muzey tərəfindən bayram hədiyyələri təqdim olunub.

Regional İdarənin Mingəçevir şəhər nümayəndəliyi də öz növbəsində elimizin əziz bayramı olan Novruz bayramını qeyd edib. Nümayəndəliyin tərkibində olan bütün mədəniyyət müəssisələrində keçirilən tədbirlərdə bayramın qeyd olunmasından, xalqımızın qədim tarixi köklərə bağlılığından bəhs olunub. Tədbirlər konsert proqramları ilə yekunlaşıb.

Regional İdarənin Tərtər rayon nümayəndəliyində də Novruz bayramı geniş miqyasda qeyd olunur. Tədbirlər mədəniyyət müəssisələrində olmaqla yanaşı təmas xəttində olan hərbi hissələrdə də qeyd olunur. Belə ki, uşaq musiqi məktəbi, mədəniyyət evləri və klubların təşkilatçılığı ilə şənlik proqramları təşkil olunaraq bayram sovqatları paylanılır.

Tərtər rayon Mərkəzi meydanda Novruz bayramı münasibəti ilə rayon tədbiri keçirilib. Tədbirdə Bərdə Regonal Mədəniyyət və Turizim İdarəsi Tərtər rayon Mədəniyyət Mərkəzinin hazırladığı böyük konsert proqramı tamaşaçılar qarşısında nümayiş etdirililib ki, bu da öz növbəsində tamaşaçılara əsl bayram sevinci yaşadıb.

Konsert proqramında yerli incəsənət ustaları ilə yanaşı Bərdə rayon Mədəniyyət Mərkəzindən və Mingəçevir Dövlət Dram Teatırından dəvət olunmuş incəsənət ustaları və teatrın aktyorları da iştirak ediblər. Səsləndirilən bir-birindən xoş, rəngarəng musiqi nömrələri isə qəhrəman Tərtər elinə əsl bayram ovqatı bəxş edib.

Tədbirdə Mədəniyyət müəssisələri, idarə və təşkilatların işçiləri, həmçinin şəhər ictimaiyyəti yaxından iştirak edib.

Sonda bir qrup fəallara rayon rəhbərliyi və nümayəndəlik tərəfindən bayram hədiyyələri təqdim olunub.
Novruz bayramı Bərdədə böyük ruh yüksəkliyi ilə qeyd olunur-FOTOLAR
Novruz bayramı Bərdədə böyük ruh yüksəkliyi ilə qeyd olunur-FOTOLAR
Novruz bayramı Bərdədə böyük ruh yüksəkliyi ilə qeyd olunur-FOTOLAR
Novruz bayramı Bərdədə böyük ruh yüksəkliyi ilə qeyd olunur-FOTOLAR
Novruz bayramı Bərdədə böyük ruh yüksəkliyi ilə qeyd olunur-FOTOLAR
Novruz bayramı Bərdədə böyük ruh yüksəkliyi ilə qeyd olunur-FOTOLAR
Novruz bayramı Bərdədə böyük ruh yüksəkliyi ilə qeyd olunur-FOTOLAR
Novruz bayramı Bərdədə böyük ruh yüksəkliyi ilə qeyd olunur-FOTOLAR
Novruz bayramı Bərdədə böyük ruh yüksəkliyi ilə qeyd olunur-FOTOLAR
Novruz bayramı Bərdədə böyük ruh yüksəkliyi ilə qeyd olunur-FOTOLAR
Novruz bayramı Bərdədə böyük ruh yüksəkliyi ilə qeyd olunur-FOTOLAR
Novruz bayramı Bərdədə böyük ruh yüksəkliyi ilə qeyd olunur-FOTOLAR
Novruz bayramı Bərdədə böyük ruh yüksəkliyi ilə qeyd olunur-FOTOLAR
Novruz bayramı Bərdədə böyük ruh yüksəkliyi ilə qeyd olunur-FOTOLAR
Novruz bayramı Bərdədə böyük ruh yüksəkliyi ilə qeyd olunur-FOTOLAR
Novruz bayramı Bərdədə böyük ruh yüksəkliyi ilə qeyd olunur-FOTOLAR
Novruz bayramı Bərdədə böyük ruh yüksəkliyi ilə qeyd olunur-FOTOLAR
Novruz bayramı Bərdədə böyük ruh yüksəkliyi ilə qeyd olunur-FOTOLAR
Novruz bayramı Bərdədə böyük ruh yüksəkliyi ilə qeyd olunur-FOTOLAR
Novruz bayramı Bərdədə böyük ruh yüksəkliyi ilə qeyd olunur-FOTOLAR