BolgeXeber.Com » Gündəm » Bu gün baş redaktor Vasif Turanın doğum günüdür

Bu gün baş redaktor Vasif Turanın doğum günüdür

20-03-2018, 14:58
Oxunub: 4 409 Bu gün baş redaktor Vasif Turanın doğum günüdürBu gün “Bolgexeber.com” xәbәr saytının vә “Bolgexeber.tv” internet televiziyasının baş redaktoru, tanınmış jurnalist Vasif Turanın 39 yaşı tamam olur

Xatırladaq ki,Vasif Turan tərəfindən 2009-cu ildә tәsis edilәn “Bolgexeber.com” daim oxuculara dәqiq vә qәrәzsiz mәlumatların çatdırılması üçün sәy göstәrib vә görünәn odur ki, bu әziyyәtlәr boşa getmәyib.
Bolgexeber.comBÖLGƏ TV fәaliyyәtә başladıqları gündәn bu yana rәqabәtdә olduqları saytları geridә qoyaraq ölkә mәtbuatında öz yerlәrini qoruyub saxlamasında Vasif Turan әsas pay sahiblәrindәndir. Qeyd etmәk lazımdır ki, baş redaktor bu şәrәfli yolda heç vaxt hәvәsdәn düşmәyib vә әvvәlkindәn daha qәtiyyәtlә rәhbәri olduğu saytların inkişafı üçün daim mühüm addımlar atıb.
Tәbriklәrә Vasif Turanın jurnallist hәmkarları,onun yaxınları da qoşulub vә ona xoşbәxtlik vә ələlxüsus can sağlığı arzuladıqlarını bildiriblәr.
Qeyd edək ki, bir müddət əvvəl səhhətində kəskin problem yarandığından baş redaktor təcili olaraq 1 saylı Şəhər Kliniki Xəstəxanasının (Semaşko) reanimasiya şöbəsinə yerləşdirilmişdir və hal-hazırda da bu xəstəxanda müalicəsini davam etdirdiyindən çox təəsüf ki,ad gününü dostları,yaxınları ilə birlikdə qeyd edə bilmir. Onu da deyək ki, baş redaktor xəstəliyi ilə əlaqədar bir neçə dəfə Türkiyədə müalicə olunub.
“Bolgexeber.com” vә “BÖLGƏ TV ” kollektivi olaraq biz dә Vasif Turanı tәbrik edir, tezliklə sağalması üçün ona şəfa diləyirik!

Bolgexeber.com