BolgeXeber.Com » İdman » Şəhriyar Məmmədyarov İddiaçılar Turnirində liderlə qarşılaşacaq

Şəhriyar Məmmədyarov İddiaçılar Turnirində liderlə qarşılaşacaq

22-03-2018, 12:36
Oxunub: 3 046 Şəhriyar Məmmədyarov İddiaçılar Turnirində liderlə qarşılaşacaqBu gün Almaniyanın paytaxtı Berlində şahmat üzrə İddiaçılar Turnirində X turun görüşləri keçiriləcək

"Report” xəbər verir ki, Azərbaycanın yarışdakı yeganə təmsilçisi Şəhriyar Məmmədyarov ağ fiqurlarla ABŞ şahmatçısı Fabiano Karuana ilə üz-üzə gələcək. Bu qrossmeysterlər arasında ilk dövrədəki oyunda qalib müəyyənləşməyib.
Bütün görüşlər Bakı vaxtı ilə saat 18:00-da başlayacaq.
Qeyd edək ki, 9 turdan sonra F.Karuana 6 xalla vahid liderdir. Ş.Məmmədyarov 5,5 xalla 2-ci, A.Qrişuk 5 xalla 3-cü pillədə qərarlaşıb. 4 və 5-ci sıralardakı D.Lijen və S.Karyakinin 4,5, 6 və 8-ci yerlərdəki V.Kramnik, L.Aronyan və U.Sonun isə hərəyə 3,5 xalı var.
X tur
Şəhriyar Məmmədyarov (Azərbaycan) - Fabiano Karuana (ABŞ)
Aleksandr Qrişuk (Rusiya) - Sergey Karyakin (Rusiya)
Vladimir Kramnik (Rusiya) - Levon Aronyan (Ermənistan)
Din Lijen (Çin) - Uesli So (ABŞ)