BolgeXeber.Com » Gündəm » Binəqədidə piyada keçidini bağlayıb, obyekt tikirlər - FOTOLAR

Binəqədidə piyada keçidini bağlayıb, obyekt tikirlər - FOTOLAR

22-03-2018, 16:21
Oxunub: 2 543 Binəqədidə piyada keçidini bağlayıb, obyekt tikirlər - FOTOLARBakının Rəsulzadə qəsəbəsində piyada keçidini bağlayaraq magistral yolun üstündə obyekt tikilir

Bu barədə "Qanun" nəşriyyat evinin direktoru Şahbaz Xuduoğlu məlumat yayıb.

Fotolardan aydın olur ki, heç bir norma və qaydalar gözlənilməyib. Piyadalar və əngəllilər üçün şərait isə qətiyyən nəzərə alınmayıb.

Avtomobil saxlanması üçün yer də nəzərdə tutulmayıb və bu plan təsdiqlənərkən bütün normativlər pozulub.

Məsələ ilə bağlı Azərbaycan Avtomobil Yolları Agentliyinin sözçüsü Anar Nəcəfli axar.az-a bildirib ki, Binəqədi rayon İcra Hakimiyyətinə müraciət etmək lazımdır.

Məsələ ilə bağlı Binəqədi RİH ilə əlaqə saxlasaq da, zənglərimizə cavab verən olmadı.
Binəqədidə piyada keçidini bağlayıb, obyekt tikirlər - FOTOLAR
Binəqədidə piyada keçidini bağlayıb, obyekt tikirlər - FOTOLAR