BolgeXeber.Com » Dünya » Fransada supermarketə hücum edən silahlı şəxs bir neçə nəfəri girov götürüb, ölən var

Fransada supermarketə hücum edən silahlı şəxs bir neçə nəfəri girov götürüb, ölən var

23-03-2018, 15:50
Oxunub: 2 548 Fransada supermarketə hücum edən silahlı şəxs bir neçə nəfəri girov götürüb, ölən varFransada supermarketə hücum edən silahlı şəxs bir neçə nəfəri girov götürüb

"Report" xarici mətbuata istinadən xəbər verir ki, hadisə ölkənin cənub-qərbində baş verib.

İlkin məlumata görə, hadisə nəticəsində bir nəfər ölüb. Polis rəsmiləri ölənlərin sayının artacağını istisna etməyiblər.

Həmin silahlı şəxsin terrorçu İŞİD quruplaşmasının üzvü olduğu bildirilib.

Hüquq-mühafizə orqanları hadisəni terror aktı kimi qiymətləndirib.