BolgeXeber.Com » İdman » Şəhriyar Məmmədyarov doqquzuncu dəfə heç-heçə edib

Şəhriyar Məmmədyarov doqquzuncu dəfə heç-heçə edib

24-03-2018, 09:52
Oxunub: 2 612 Şəhriyar Məmmədyarov doqquzuncu dəfə heç-heçə edibAzərbaycanlı qrossmeyster Şəhriyar Məmmədyarov Berlin şəhərində keçirilən şahmat üzrə İddiaçılar turnirində 8-ci heç-heçəsini edib

Oxu.Az xəbər verir ki, şahmatçı yarışın XI turunda amerikalı Uesli So ilə qarşılaşıb və tərəflər 51-ci gedişdə xalları yarı bölüblər. Rəqiblərin ilk görüşü də eyni nəticə ilə yekunlaşmışdı.

Bu görüşdən sonra Məmmədyarov xallarının sayını 6-ya çatdırıb və lider Fabiano Karunadan (ABŞ) 0,5 xal geri qalır.

İddiaçılar turniri, XI tur

Uesli So (ABŞ) – Şəhriyar Məmmədyarov (Azərbaycan) - 0,5:0,5

Fabiano Karuana (ABŞ) – Vladimir Kramnik (Rusiya) - 0,5:0,5

Din Lijen (Çin) – Aleksandr Qrişuk (Rusiya)

Levon Aronyan (Ermənistan) – Sergey Karyakin (Rusiya

Turnir cədvəli: Karuana - 7 xal, Məmmədyarov - 6,5, Qrişuk - 5,5, Karyakin, Dinq Lijen – hərəyə 5 xal, Kramnik - 4,5, So - 4, Aronyan - 3,5.