BolgeXeber.Com » Bölgə » Cəlilabadda sel əkin sahələrini basdı

Cəlilabadda sel əkin sahələrini basdı

27-02-2011, 21:45
Oxunub: 6 919
Bir həftədən bəri davam edən intensiv yağışlar Azərbaycanın Cəlilabad rayonunda on hektarlarla əkin sahəsinin və fərdi yaşayış evlərinin sel suları ilə dolmasına səbəb olub.

Bolgexeber.com-un məlumatına görə, Cəlilabad şəhərinin şimal hissəsində yeni salınmış yaşayış massivində vəziyyət daha pisdir. Belə ki, dağ çaylarında suyun səviyyəsinin qalxması nəticəsində dağ ətəyində tikilmiş yeni evləri, yolları və ticarət obyektlərini, eləcə də əkin sahələrini su basıb.

Rayon İcra Hakimiyyətindən bildirilib ki, texnikanın və canlı qüvvənin səyləri ilə hazırda sel sularının ərazidən çəkilməsi və rayondakı Mişarçayın üzərindəki bəndin möhkəmləndirilməsi məqsədilə təxirəsalınmaz tədbirlər görülür.