Bakıda benzin fırıldaqçısı yenidən yaxalandı - ƏMƏLİYYAT
24-03-2018, 12:04
Oxunub: 1 725
Novruz bayramı gecəsi Bakıda zavoda məxsus yanacaq borusunu xüsusi alətlə deşən şəxs tutulub
Lent.az xəbər verir ki, martın 20-si saat 04 radələrində 1975-ci il təvəllüdlü Həmdəmov Nizami Hüseynağa oğlu Bakı Neft Emalı Zavoduna məxsus neft məhsulları nəql olunan boru kəmərini oğurluq məqsədilə xüsusi alətlə deşərkən, həmin ərazidə xidmət aparan Neft Emalı Obyektlərinin Mühafizəsi İdarəsinin əməkdaşları tərəfindən tutulub. Dərhal əraziyə polis çağırılıb və o, Xətai RPİ-nin əməkdaşlarını təhvil verilib.
Bildirilir ki Nizami Həmdəmov əvvəllər də həmin zavoddan külli miqdarda benzin oğurlayıb. Belə ki, 2009-cu ildə N.Həmdəmov və bir neçə nəfər şəxslə əlbir olaraq Bakı Neft Emalı Zavodunun 7-ci sexində yerləşən benzin borusundan NZS qəsəbəsi, Süleyman Əhmədov küçəsində yerləşən “FF Company”-yə məxsus obyektə yeraltı yollarla boru xətti çəkərək külli miqdarda benzin oğurlayıb. Həmin vaxt Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində N. Həmdəmovdan başqa dəstənin digər üzvləri tutulub. N.Həmdəmov isə bir müddət sonra yaxalanıb. İllər sonra azadlığa çıxan həmin şəxs eyni yolla yenidən oğurluq əməli törətməyə çalışıb.
Çox Oxunanlar
- 30-03-2024, 18:40 : Kəlbəcərdə silah- sursat aşkarlandı
Xəbərlər / Ölkə
- 6-04-2024, 16:31 : İlham Əliyev sərəncam imzaladı
Siyasət / Xəbərlər
- 13-04-2024, 17:21 : "20 Yanvar" faciəsinin şahidi sökülür?
Xəbərlər / Ölkə
- 25-03-2024, 17:57 : Terror aktından sonra bu şəxslərə nəzarət gücləndirildi
Dünya / Xəbərlər
- 26-03-2024, 17:50 : 14 yaşdan kiçiklər üçün sosial media qadağası
Sosial / Xəbərlər
- 28-03-2024, 13:36 : Məktəblərə işə qəbul üzrə təkrar müsahibə keçiriləcək
Xəbərlər / Ölkə
- 20-04-2024, 17:53 : Bu avtobuslardan istifadə edənlərin NƏZƏRİNƏ
Xəbərlər / Ölkə
- 10-04-2024, 15:42 : Misir Mərdanovun səhhətində problem yarandı
Xəbərlər / Ölkə
- 9-04-2024, 17:54 : Türkiyədə ən çox dinlənilən qadın müğənni oldu
Şou-Biznes / Xəbərlər
- 25-03-2024, 17:47 : Zamiq Hüseynov: “Kiminsə sözü məni narahat etmir”
Şou-Biznes / Xəbərlər