BolgeXeber.Com » İqtisadiyyat » Bu şəhərdə hər 8 nəfərdən biri milyonçudur

Bu şəhərdə hər 8 nəfərdən biri milyonçudur

26-03-2018, 11:16
Oxunub: 2 788 Bu şəhərdə hər 8 nəfərdən biri milyonçudurÖtən il Honkonqda milyon nəfər milyonçu qeydə alınıb

Bu göstərici 2016-cı illə müqayisədə 15% çoxdur. Milyonçulardan 68 min nəfərin kapitalı 1.27 milyon dollardan çoxdur. Fins.az qərb mediasına istinadən xəbər verir ki, Honkonqun 2017-ci il üçün əhali sayı 7.36 milyon olub. Milyonçuların artmasına səbəb fond bazarında və əmlak bazarında qiymət artımları səbəb olub. Hang Seng Index-ində artım 36% , əmlka bazarında artım isə 14% olub.
Citibank Hong Kong rəsmisi Lourens Lem-in sözlərinə görə,2018-ci ildə də Honkonqda millionçuların sayı artacaq.
Araşdırmalara görə,Honkonq milyonçularının 17% bu şəhərdə pul qazanmaqlarına baxmayaraq əcnəbi ölkələrə immiqrasiya etmək istəyirlər. Honkonq milyonçularının üstünlük verdiyi ölkə isə Avstraliyadır (Fins.Az)