BolgeXeber.Com » Gündəm » Mədət Quliyev "Vətənə xidmətə görə" ordeni ilə təltif edilib

Mədət Quliyev "Vətənə xidmətə görə" ordeni ilə təltif edilib

26-03-2018, 17:02
Oxunub: 6 766 Mədət Quliyev "Vətənə xidmətə görə" ordeni ilə təltif edilibPrezident İlham Əliyev Mədət Quliyevin 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb

Bolgexeber.com-un xəbərinə görə, sərəncamda bildirilir ki, Azərbaycan Respublikasının milli təhlükəsizliyinin təmin edilməsi və milli maraqlarının müdafiəsi sahəsində səmərəli fəaliyyətinə görə Mədət Qəzənfər oğlu Quliyev 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilsin.

Dövlət başçısının digər sərəncamı ilə Azərbaycan Respublikasının milli təhlükəsizliyinin təmin edilməsi və milli maraqlarının müdafiəsi sahəsində səmərəli fəaliyyətinə görə Orxan Sedyar oğlu Sultanov 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.