BolgeXeber.Com » Gündəm » “Konfirom” MMC -nin istehsal etdiyi şokoladın içindən dəmir çıxdı –ŞİKAYƏT(Fotolar)

“Konfirom” MMC -nin istehsal etdiyi şokoladın içindən dəmir çıxdı –ŞİKAYƏT(Fotolar)

27-03-2018, 13:48
Oxunub: 24 861 “Konfirom” MMC -nin istehsal etdiyi şokoladın içindən dəmir çıxdı –ŞİKAYƏT(Fotolar)Ucar sakininin mağazadan aldığı şokoladın içindən dəmir parçası çıxıb

Bu barədəBolgexeber.com-a məlumat verən rayon sakini Kamil Əhmədovun sözlərinə görə, məsələ ilə bağlı artıq iqtisadiyyat naziri Şahin Mustafayevə məktub göndərib.
Ucar sakininin sözlərinə görə, mağazadan aldığı şokolad Bakıda Xəzər rayonu Buzovna qəsəbəsində yerləşən “Konfirom” MMC tərəfindən istehsal olunur: “23 mart 2018-ci il tarixində çay içən zaman şokoladın içindən dəmir qırıntısı çıxdı. Bu şokoladı Bakı şəhəri Xəzər rayonu Buzovna qəsəbəsində yerləşən “Konfirom” MMC istehsal edir. “Floriya Rossi” adlı şokolad və kağızını subut kimi saxlamışam. Həmçinin bu faktı görən və təsdiq edən şahidlər də var. Əgər diqqətli olmasaydım dəmir parçası mənə zərər verə bilərdi.
Buna görə də şikayət ərizəmdə göstərdiyim faktlar yerində mənim iştirakımla araşdırılıb, qanunsuz fəaliyyətlə məşğul olan Bakı şəhəri Xəzər rayonu Buzovna qəsəbəsində yerləşən “Konfirom” MMC-nin rəhbərliyi barədə qanuna müvafiq tədbirlər görülməlidir. “Darenka”, “Bəhri” və “Floriya Rosii” adlı zay, xarab, təhlükəli yeyinti məhksullarını yalançı reklamlarla vətəndaşlara sırayan “Konfirom” MMC-nin məhsullarını Azərbaycan bazarından çıxarılmalı və insanların həyatına təhlükə yaradan rəhbərliyi barədə ciddi tədbirlər görülməlidir”.

Cənab Nazir ! Sizdən xahiş edirəm şikayət ərizəmdə göstərdiyim faktları yerində mənim iştirakımla araşdırıb qanunsuz fəaliyyətlə məşğul olan, insanların həyat və sağlamlıqlarını təhlükədə qoyan Bakı şəhəri, Xəzər rayonu Buzovna qəsəbəsində yerləşən “Konfirom” MMC-nin rəhbərliyi barədə qanuna müvafiq tədbirlər görəsiniz”.

Bolgexeber.com olaraq qarşı tərəfi də dinləməyə hazırıq…
Bolgexeber.com