BolgeXeber.Com » Sosial » Tikintiyə icazə verilmə qaydası DƏYİŞDİRİLİR

Tikintiyə icazə verilmə qaydası DƏYİŞDİRİLİR

27-03-2018, 17:22
Oxunub: 2 977 Tikintiyə icazə verilmə qaydası DƏYİŞDİRİLİRAzərbaycanda tikintiyə icazə verən müvafiq icra hakimiyyəti orqanı icazədə nəzərdə tutulan məlumatları 10 iş günü müddətində deyil, 3 iş günü müddətində vahid informasiya təminatı sisteminin tərkib hissəsi olan Tikintilərin Dövlət reyestrinə təqdim edəcək

Modern.az-ın məlumatına görə, bununla bağlı Şəhərsalma və Tikinti Məcəlləsinə dəyişiklik təklif edilir.

Məcəllənin 75-ci (Tikintiyə icazə verilməsinin ümumi qaydaları) maddəsində edilən dəyişikliyə əsasən, tikintiyə icazə verən müvafiq icra hakimiyyəti orqanı icazədə nəzərdə tutulan məlumatları 3 iş günü müddətində vahid informasiya təminatı sisteminin tərkib hissəsi olan Tikintilərin Dövlət reyestrinə təqdim edəcək. Əvvəlcə bu müddət 10 gün idi.

Dəyişiklik layihəsi Milli Məclisin aprelin 3-də keçiriləcək plenar iclasında müzakirəyə çıxarılacaq.