Məmmədyarov: Sizlərdən üzr istəyirəm
28-03-2018, 10:52
Oxunub: 2 696
Almaniyanın paytaxtı Berlində İddiaçılar Turnirində ikinci yeri tutan Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov azarkeşlərə təşəkkür edib
Oxu.Az xəbər verir ki, 33 yaşlı qrossmeyster sosial media hesabında turnirin qalibi ola bilmədiyi üçün azarkeşlərdən üzr istəyib:
“Sizdən şikayətim yoxdur. Sadəcə, məni dinləyin, zamanım az olsa da, sizləri izlədim. Azərbaycanlı olsam da, mənə yox, italyana və erməniyə olan dəstəyinizi də gördüm. Demək istədiyim budur ki, yaxşı ki, varsınız.
Sizlərə birinciliyi yaşatmadığım üçün üzr istəyirəm, amma sonunculuq nədir, bu hissiyatı yaxın belə buraxmadım. Çox sağ olun ki, mənə sonadək inandınız. Bütün mesajlarınızı aldım, cavab almadınızsa, üzrlü sayın, sadəcə, inanın. Biz geri qayıdacağıq, uğurlar və yüz dəfə çox sağ olun”.
Qeyd edək ki, İddiaçılar Turnirinin qalibi 9 xalla ABŞ şahmatçısı Fabiano Karuana olub. Ş.Məmmədyarov isə 8 xal toplayıb.
Çox Oxunanlar
- 23-03-2024, 17:43 : Putin Rusiyada matəm elan etdi
Dünya / Xəbərlər
- 16-03-2024, 09:49 : Forum iştirakçılarının sayı rekord həddədir
Analitika / Xəbərlər
- 25-03-2024, 17:57 : Terror aktından sonra bu şəxslərə nəzarət gücləndirildi
Dünya / Xəbərlər
- 1-03-2024, 16:14 : Xərçəng xəstəsi olan Zeynəbin səhhəti pisləşdi
Şou-Biznes / Xəbərlər
- 1-03-2024, 16:44 : İcra başçısı Milli Məclisin deputatı ilə birlikdə Qaradağlı kənd tam orta məktəbində mövcud şəraitlə tanış olub
Bölgə / Xəbərlər
- 26-03-2024, 17:50 : 14 yaşdan kiçiklər üçün sosial media qadağası
Sosial / Xəbərlər
- 13-03-2024, 12:37 : Beynəlxalq hüququn normaları Azərbaycanın tərəfindədir
Analitika / Xəbərlər
- 1-03-2024, 19:46 : Qəzzada həlak olanların sayı açıqlandı
Dünya / Xəbərlər
- 23-03-2024, 15:23 : Bu ərazilərdə yaşayanların NƏZƏRİNƏ
Sosial / Xəbərlər
- 5-03-2024, 14:57 : İcra başçısı Milli Məclisin deputatı ilə birlikdə şəhid anası Sitarə Əzizovanı 70 illik yubileyi münasibəti ilə ziyarət ediblər
Bölgə / Xəbərlər