BolgeXeber.Com » Bölgə » Tərtərdə pambıqçılığın inkişafında yüksək nailiyyətlər əldə olunub-FOTO

Tərtərdə pambıqçılığın inkişafında yüksək nailiyyətlər əldə olunub-FOTO

28-03-2018, 20:05
Oxunub: 3 730 Tərtərdə pambıqçılığın inkişafında yüksək nailiyyətlər əldə olunub-FOTOMartın 28-də Tərtər rayon Mədəniyyət Mərkəzində Bərdə rayonunda pambıqçılığın inkişafı məsələlərinə dair keçirilən respublika müşavirəsinin yekunlarına və müşavirədə Prezident İlham Əliyevin nitqindən irəli gələn vəzifələrə həsr olunmuş yığıncaq keçirilib

Aidiyyəti idarə, müəssisə və təşkilatların rəhbərləri, rayon icra hakimiyyəti başçısının inzibati ərazi dairələri üzrə nümayəndələrin, bələdiyyə sədrlərinin, pambıqçılıqla məşğul olan fermerlərin, torpaq mülkiyyətçilərinin, habelə ictimaiyyət nümayəndələrinin iştirakı ilə keçirilən yığıncaqda pambıqçılığın inkişaf etdirilməsi, məhsuldarlığın artırılması məsələləri müzakirə edilib.
Rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov çıxış edərək respublika müşavirəsində pambıqçılığın inkişafı ilə əlaqədar qarşıya mühüm vəzifələr qoyulduğunu diqqətə çatdırıb. O, Tərtərin sovet dövründə də pambıq istehsalında yüksək nailiyyətlər əldə etdiyini söyləyib. Qeyd olunub ki, rayonumuzun torpağı münbit, iqlimi pambıqçılıq üçün əlverişlidir. Ötən il 3123 hektarda pambıq əkilmiş, əvvəlki ilə nisbətən “ağ qızıl” əkinlərinin sahəsi 3 dəfə artmışdır. İl ərzində 8419 ton pambıq tədarük edilmişdir ki, bu da 2016-cı ildəkindən 3,6 dəfə çoxdur. Pambıq sahəsinin hər hektarından orta məhsuldarlıq da 2016-cı il ilə müqayisədə 5 sentner artaraq 27 sentnerə çatmışdır. Pambıq əkini, becərilməsi və yığımı işlərinə 5000-dək insan cəlb edilmiş, onlar yüksək gəlir götürmüşlər. Məhsuldarlığın yüksəldilməsi üçün pambıq əkiləcək sahələrin şumu faraş və keyfiyyətli aparılmış, qış aratına üstünlük verilmiş, torpaq əkinə aqrotexniki qaydalara uyğun hazırlanmış, növbəli əkin sistemi tətbiq edilmişdir.

Cari ildə pambıq əkilməsi üçün sahələr müəyyənləşdirilmiş, istehsalçılarla müqavilələr bağlanmışdır. Pambıq əkiləcək 3302 hektar sahədə şum və arat işləri başa çatdırılmışdır. İndi isə səpinə ciddi hazırlıq işləri gedir.

Yaz-tarla işlərinin yüksək aqrotexniki qaydada aparılması üçün bütün kənd təsərrüfatı texnikası o, cümlədən səpin üçün 31 ədəd traktor, 26 ədəd səpin aqreqatı hazır vəziyyətə gətirilmişdir. Yaxın günlərdə səpin işlərinə başlanacaqdır.

Yığıncaqda çıxış edən “MKT İK” MMC-nin Tərtər Filialının müdiri Feruz Hacıyev, “CTS AGRO” MMC-nin Tərtər Pambıq İstehsalı və Tədarükü Məntəqəsinin direktoru Fəqani Babışov, Tərtər rayon Subartezian Quyularının İstismarı İdarəsinin rəisi Əli Əliyev, Tərtər Bitki Mühafizə Mərkəzinin rəisi Fizuli Əzimov, pambıqçılıqla məşğul olan fermerlər Fazil Vəliyev, Habil İbrahimov, Məhərrəm Əliyev və digərləri çiyid səpininin vaxtında və yüksək keyfiyyətlə başa çatdırılması ilə əlaqədar qarşıya çıxa biləcək çətinliklər və görüləcək işlər barədə danışaraq, pambıqçılığın inkişafı, məhsuldarlığın artırılması ilə bağlı təklif və mülahizələrini bildiriblər. Müzakirələrdə fermerlərdən Məzahir Salahov, Elsevər Səfərov, Zülfüqar Əsgərov və başqaları fəal iştirak ediblər.
Yığıncaqda Prezident Administrasiyası ərazi-təşkilat məsələləri şöbəsinin sektor müdiri Arif Novruzov çıxış edərək, diqqəti Bərdədə keçirilən müşavirədə Prezident İlham Əliyevin pambıqçılığın inkişafı ilə əlaqədar qarşıya qoyduğu konkret vəzifələrə cəlb edib, bununla əlaqədar görüləcək təxirəsalınmaz işlərdən danışıb.
Tərtərdə pambıqçılığın inkişafında yüksək nailiyyətlər əldə olunub-FOTO
Tərtərdə pambıqçılığın inkişafında yüksək nailiyyətlər əldə olunub-FOTO
Tərtərdə pambıqçılığın inkişafında yüksək nailiyyətlər əldə olunub-FOTO
Tərtərdə pambıqçılığın inkişafında yüksək nailiyyətlər əldə olunub-FOTO
Tərtərdə pambıqçılığın inkişafında yüksək nailiyyətlər əldə olunub-FOTO
Tərtərdə pambıqçılığın inkişafında yüksək nailiyyətlər əldə olunub-FOTO
Tərtərdə pambıqçılığın inkişafında yüksək nailiyyətlər əldə olunub-FOTO