BolgeXeber.Com » Şou-Biznes » Azərbaycanlı rəqqasə ilə müğənni arasında QALMAQAL: “Tanıyanlar bilir ki…”

Azərbaycanlı rəqqasə ilə müğənni arasında QALMAQAL: “Tanıyanlar bilir ki…”

30-03-2018, 11:58
Oxunub: 3 430 Azərbaycanlı rəqqasə ilə müğənni arasında QALMAQAL: “Tanıyanlar bilir ki…”Rəqqasə Fatimə onu paxıllıqda günahlandıran müğənni Rahidə Baxışovaya cavab verib

Publika.az xəbər verir ki, rəqqasə sosial şəbəkədə ürəyini boşaldıb: “Məni tanıyanlar bilir ki, bu yaşa qədər heç kəsin pisliyini istəməmişəm və heç kəsin paxıllığını çəkməmişəm. Qurban olum məni yaradana, bu dünyadan heç kəs özü ilə var-dövlət aparmayacaq. Çalışın, bu dünyada yaxşılıq edin ki, dalınızca rəhmət oxusunlar. Mən öz zəhmətimlə hörmət qazanmışam, amma son zamanlarda kimlərsə istəyir ki, məni başqalarının gözündən salsınlar. Amma xalqın gözü tərəzidir. Hamı bilir ki, kim kimdir”.
Xatırladaq ki, R.Baxışova xına evi açdıqdan sonra Fatimənin onunla soyuq davrandığını bildirib. Bundan əvvəl isə Fatimə ilə Xatunun münasibətləri xına evi üstündə korlanmışdı.