BolgeXeber.Com » İdman » UEFA-dan “Skenderbeu”ya ağır cəza-10 il müddətinə avrokuboklardan kənarlaşdırılıb

UEFA-dan “Skenderbeu”ya ağır cəza-10 il müddətinə avrokuboklardan kənarlaşdırılıb

30-03-2018, 12:51
Oxunub: 4 158 UEFA-dan “Skenderbeu”ya ağır cəza-10 il müddətinə avrokuboklardan kənarlaşdırılıbUEFA “Skenderbeu”ya tarixin ən ağır cəzasını verib.

Apasport.az saytının məlumatına görə, qitənin ali futbol qurumu Albaniya təmsilçisini oyun alqı-satqısı səbəbindən cəzalandırıb.

2011-ci ildən bu yana müxtəlif yarışların nəticəsini qanunsuz üsullarla müəyyənləşdirən kluba 10 il Avropa kuboklarından kənarlaşdırılma və 1 milyon avro pul cəriməsi kəsilib.

Həmçinin “Skenderbeu”nin 2015/16 mövsümündəki çempionluğu da ləğv edilib.
Bu, bir Avropa klubuna verilən ən ağır cəza kimi tarixə düşüb.

Qeyd edək ki, klub prezidenti Ardian Takay Avropa Arbitraj Məhkəməsinə (CAS) müraciət edəcəyini bildirib.