BolgeXeber.Com » Siyasət » MSK qeydiyyatdan keçən müşahidəçilərin sayını açıqlayıb

MSK qeydiyyatdan keçən müşahidəçilərin sayını açıqlayıb

30-03-2018, 17:28
Oxunub: 2 846 MSK qeydiyyatdan keçən müşahidəçilərin sayını açıqlayıb“Azərbaycanda aprelin 11-də keçirilməsi nəzərdə tutulan prezident seçkilərini izləmək üçün 52 ölkənin vətəndaşları müşahidəçi kimi qeydiyyatdan keçiblər”.

“Report” xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov deyib.

O bildrib ki, beynəlxalq müşahidəçilərin qeydiyyat prosesi hələ də davam edir.

MSK sədri qeyd edib ki, ölkə üzrə müşahidə aparmaq üçün 1281 müşahidəçi qeydiyyatdan keçib: “Onlardan 277-si öz təşəbbüsü, 783-ü QHT-lərin xətti, 220-i partiyaların təşəbbüsü, 1 nəfər isə xüsusi icazə ilə müşahidəçi qismində qeydiyyatdan keçib. Dairələr üzrə 53 min 900 müşahidəçi qeydiyyatdan keçib. Bunların arasında 12 partiyanın müşahidəçiləri var”.