BolgeXeber.Com » Mədəniyyət » Arnold Şvartsneqqer təcili əməliyyat olunub

Arnold Şvartsneqqer təcili əməliyyat olunub

31-03-2018, 13:09
Oxunub: 3 439 Arnold Şvartsneqqer təcili əməliyyat olunubMəşhur Hollivud aktyoru Arnold Şvartsneqqer təcili əməliyyat olunub.

Axşam.az xarici KİV-ə istinadən xəbər verir ki, 70 yaşlı aktyor Los-Ancelesin Cedars-Sinai tibb mərkəzinə ürəyində kateter klapanının əvəzlənməsi üçün bıçaq altına yatıb.

Əməliyyat zamanı çətinlik yarandığından Arnoldun ürəyində açıq əməliyyat aparmaq zəruriyyəti yaranıb.

Əməliyyat bir neçə saat davam edib. Hazırda aktyorun vəziyyətinin stabil olduğu bildirilir.

Qeyd edək ki, müsahibələrindən birində aktyor 1997-ci ildə də ürək əməliyyatı keçirdiyini söyləyib.