BolgeXeber.Com » İdman » UEFA Messini dopinq yoxlamasından keçirib

UEFA Messini dopinq yoxlamasından keçirib

31-03-2018, 13:14
Oxunub: 2 995 UEFA Messini dopinq yoxlamasından keçiribHücumçu Lionel Messi də daxil olmaqla İspaniyanın “Barselona” klubunun birdən-birə 11 futbolçusu cümə günü UEFA nümayəndələrinin dopinq nəzarəti prosedurundan keçib.

“Report” xəbər verir ki, bu barədə Kataloniya komandasının rəsmi “Twitter” səhifəsi məlumat yayıb.

Bildirilir ki, anti-dopinq yoxlamasına argentinalı futbolçu ilə yanaşı Şteqen, Pike, Rakitiç, Buskets, İnyesta, Suares, Dembele, Alba, S. Roberto və Yumtiti məruz qalıb. Futbolçulardan qan və sidik analizları götürülüb.

“Barselona” futbolçuları dopinq nəzarət prosedurundan ölkə çempionatının 30-cu turu çərçivəsində “Sevilya” ilə martın 31-nə nəzərdə tutulan səfər qarşılaşması öncəsi keçiblər.

Bu görüşdən sonra Kataloniya komandası aprelin 4-də öz meydanında Çempionlar Liqasının ¼ finalı çərçivəsində “Roma”nı qəbul edəcək.