BolgeXeber.Com » Xəbərlər » 31 mart Azərbaycanlıların Soyqırımı ilə əlaqədar Hacıqabulda tədbir keçirilib

31 mart Azərbaycanlıların Soyqırımı ilə əlaqədar Hacıqabulda tədbir keçirilib

31-03-2018, 13:31
Oxunub: 2 037 31 mart Azərbaycanlıların Soyqırımı ilə əlaqədar Hacıqabulda tədbir keçirilib31.03.2018-ci il tarixində Hacıqabul rayonunda 31 mart Azərbaycanlıların Soyqırımı ilə əlaqədar olaraq tədbir keçirildi

Əvvəlcə İcra Hakimiyyəti Başçısı cənab Əhməd Muxtarov başda olmaqla bütün rayon içtimaiyyəti tərəfindən Şəhidlər Xiyabanında abidənin və Qarabağ uğrunda müharibədə həlak olmuş şəhidlərin məzarı önünə gül-çiçək dəstələri qoyuldu. Sonra tədbirin rəsmi hissəsi Hacıqabul rayon Heydər Əliyev Mərkəzində dəyirmi masa ətrafında davam etdirildi. Tədbiri giriş sözü ilə Sabirabad regional Mədəniyyət və Turizm idarəsinin Hacıqabul rayonu üzrə nümayəndəsi Elnur Əmiraslanov açdı. Soyqırım qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra, Hacıqabul rayon Heydər Əliyev Mərkəzinin direktoru Aytən Zülfəliyeva, Gənclər və İdman idarəsinin əməkdaşı Bəsti Zərbaliyeva, Mərkəzi kitabxananın xidmət şöbəsinin müdiri Aytəkin Mirzəyeva, Heydər Əliyev Mərkəzinin zal baxıcısı Təranə Məlikova və İcra Hakimiyyətinin İctimai Siyasi və Humanitar məsələlər şöbəsinin müdir müavini Elvin Şıxəliyev 31 mart Azərbaycanlıların Soyqırımı ilə bağlı geniş məruzə ilə çıxış etdilər. Tədbirin sonunda 31 mart Azərbaycanlıların Soyqırımına həsr olunmuş qısa metrajlı sənədli film nümayiş olundu.
Bolgexeber.com