BolgeXeber.Com » Xəbərlər » Şirvan qoruğundakı silahlı insidentlə bağlı DİN-dən AÇIQLAMA

Şirvan qoruğundakı silahlı insidentlə bağlı DİN-dən AÇIQLAMA

31-03-2018, 14:44
Oxunub: 3 202 Şirvan qoruğundakı silahlı insidentlə bağlı DİN-dən AÇIQLAMADünən axşam Şirvan Milli Parkında silahlı insident baş verib

İnsidentlə bağlı Lent.az-ın sorğusuna cavab verən DİN Mətbuat Xidmətinin əməkdaşı, polis kapitanı Natiq Cavadov bildirib ki, martın 30-da saat 22 radələrində Yenikənd kəndindəki “Şirvan Milli Parkı”nın ərazisində, oranın əməkdaşı İltifat Xalıqov qanunsuz ov edən 2 nəfəri saxlamağa cəhd göstərib. Bu zaman onlardan biri tüfəngdən İ.Xalıqovun istiqamətində atəş açıb.

Salyan RPŞ və Hacıqabul RPŞ əməldaşlarının həyata keçirdikləri birgə əməliyyat-axtarış tədbirləri nəticəsində Hacıqabul rayon sakinləri Elvin İsrafilov və Rahil Ağayev Hacıqabul rayonu ərazisində saxlanılıblar. R.Ağayevdən müvafiq sənədləri olan “İJ-27” markalı ov tüfəngi götürülüb.
Şirvan qoruğundakı silahlı insidentlə bağlı DİN-dən AÇIQLAMA