BolgeXeber.Com » Xəbərlər » Bərdə Regional Mədəniyyət və Turizm İdarəsi Soyqırımı Günü ilə bağlı silsilə tədbirlər keçirilir-FOTO

Bərdə Regional Mədəniyyət və Turizm İdarəsi Soyqırımı Günü ilə bağlı silsilə tədbirlər keçirilir-FOTO

31-03-2018, 17:59
Oxunub: 4 954 Bərdə Regional Mədəniyyət və Turizm İdarəsi Soyqırımı Günü ilə bağlı silsilə tədbirlər keçirilir-FOTO31 Mart - Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı Bərdə Regional Mədəniyyət və Turizm İdarəsi silsilə tədbirlər təşkil edir

Bolgexeber.com xəbər verir ki,tarix boyu müxtəlif dövrlərdə Erməni millətçiləri mifik “Böyük Ermənistan” ideyasını gerçəkləşdirmək məqsədilə Azərbaycanlılara qarşı etnik təmizləmə, deportasiya və soyqırımlar həyata keçirmişlər. Baş verən bu cür vəhşiliklərdən biri də tarixə qanlı gün kimi yazılmış 31 Mart – Azərbaycanlıların Soyqırımı Günüdür. Soyqrım zamanı Bakı Sovetinin mandatı altında fəaliyyət göstərən daşnak-bolşevik silahlı dəstələri xüsusi qəddarlıqla kütləvi qırğınlar törətmiş, kütləvi qətllər, talanlar və etnik təmizləmələr həyata keçirmişlər. Həmin günlərdə Bakı şəhərilə yanaşı Bakı quberniyasına daxil olan digər şəhər və qəzalarda on minlərlə dinc sakin məhz etnik və dini mənsubiyyətinə görə qətlə yetirilmiş, yaşayış məntəqələri dağıdılmış, mədəniyyət abidələri, məscid və qəbiristanlıqlar yerlə-yeksan edilmişdir.
1918-ci ilin martında Bakıda və Azərbaycanın digər bölgələrində həyata keçirilən dəhşətli soyqırımı aktı ermənilərin Qafqazda məskunlaşması üçün bir açar oldu. Onlar bu vəhşi əməlləri ilə bir növ bu bölgədə yaşamaq və Azərbaycan türklərinin tarixi vətəni olan indiki Ermənistan ərazisində dövlət qurmaq niyyətlərini reallaşdırdılar.
Ümummilli lider Heydər Əliyevin "Azərbaycanlıların soyqırımı haqqında" 26 mart 1998-ci tarixli Fərmanı ilə bu hadisələrə siyasi qiymət verildi və azərbaycanlıların ermənilər tərəfindən soyqırımına məruz qalmasının ilk dəfə rəsmi surətdə bəyan edildi, eyni zamanda 31 mart - Azərbaycanlıların Soyqırımı Gününün hər il ölkəmizdə dövlət səviyyəsində qeyd olunur. Bütün bunlarla yanaşı ölkə Prezidenti İlham Əliyev ərazi bütövlüyümüzün və suverenliyimizin bərpasına, soyqırımı həyata keçirənlərin, xalqlar arasında nifaq və düşmənçilik salanların ifşasına nail olacağımızı dəfələrlə vurğulamış və digər mühüm məqamlar bildirmişdir. Hətta ölkə başçısı erməni-bolşevik silahlı dəstələrinin 100 il əvvəl azərbaycanlılara qarşı törətdikləri bəşəri cinayətlər barədə həqiqətlərin ölkə və dünya ictimaiyyətinə daha dolğun çatdırılması məqsədilə 2018-ci ilin 18 yanvar 1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi haqqında” Sərəncam imzalayıb.
18 yanvar 1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi haqqında” Sərəncamla irəli gələn məsələlərlə bağlı Bərdə Regional Mədəniyyət və Turizm İdarəsinin təşkilatçılığı ilə regional idarənin əhatə etdiyi Bərdə, Tərtər rayon, Mingəçevir və Yevlax şəhər nümayəndəliklərində sənədli filmlər nümayiş olunub, dəyirmi masalar, sərgilər, slayd şoular, kompozisiyalar təşkil olunub, nitqlər səsləndirilib.
Regional idarənin Bərdə rayon nümayəndəliyinin tabeliyində olan olan bütün mədəniyyət müəssisələri 31 Mart Azərbaycanlıların soyqırımı gününü qeyd edib. Şəhər 1 və 4 nömrəli uşaq incəsənət, 2 və 3 nömrəli uşaq musiqi məktəbləri, Divanlı, Kətəlparaq, Kolayır kənd uşaq musiqi məktəbləri, Bərdə Dövlət Rəsm Qalereyası, Tarix-diyarşünaslıq muzeyi, klub müəssisələri və kitabxanaların təşkil etdikləri tədbirlərdə tarixi həqiqətlərin gənc nəsilə, dünya ictimaiyyətinə çatdırılması, erməni fitnəkarlarının xalqımıza qarşı daima düşmən mövqeydə olmasından söz açılıb. Tədbirlərdə mədəniyyət müəssisələri tərəfindən hazırlanan kompozisiyalar, sərgilər, filmlər nümayiş etdirilib.
Sözü gedən tədbirlərdən biri də Regional İdarənin təşkilatçılığı ilə Bərdə rayonunda yerləşən şəhər 1 nömrəli uşaq incəsənət məktəbində baş tutub. Tədbir incəsənət məktəbinin foyesində təşkil olunmuş rəsm sərgisinə baxışla başlanıb. Sərgidə şəhər 1 və 4 nömrəli uşaq incəsənət məktəbinin rəsm sinfinin şagirdlərinin soyqrıma həsr etdikləri rəsm əsərləri sərgilənib.
Tədbirdə çıxış edən regional idarənin məsləhətçisi Validə Nabatova zamanla xalqımızın başına gətirilmiş müsibətlərdən, qırğınlardan söz açıb. Bu hadiəslərin biri və birincilərindən olan 31 mart – azərbnaycanlıların soyqırımı barədə danışan Validə xanım erməni qəsbkarlarının azərbaycanlılara qarşı həyata keçirdikləri qanlı cinayətlər nəticəsində yüzlərlə yaşayış məntəqəsinin yerlə-yeksan edildiyini, minlərlə azərbaycanlının vəhşicəsinə qətlə yetirildiyini, tarixi abidələrin, məscidlərin, məktəblərin və xəstəxanaların yandırıldığını qeyd edib.
Çıxış edənlərdən regional idarənin aparıcı mütəxəssisi Orxan İbrahimov bildirmişdir ki, : “ermənilərin tarix boyu xalqımıza qarşı törətdiyi bu cinayətlər və həyata keçirdikləri işğalçılıq siyasəti ümummilli liderimiz Heydər Əliyevin 1998-ci ildə imzaladığı “Azərbaycanlıların soyqırımı haqqında” fərmanda tam əksini tapmış və bunun sayəsində soyqırımına siyasi və hüquqi qiymət vermək imkanı yaranmışdır”.
Tədbir şəhər 1, 4 nömrəli uşaq incəsənət, 3 nömrəli və divanlı kənd uşaq musiqi məktəblərinin təşkil etdiyi kompozisiya ilə davam edib.
Şəhər 2 nömrəli uşaq musiqi məktəbində təşkil olunan anım tədbirində öncə soyqırımı zamanı həyatını itirmiş şəxslərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Tədbirdə çıxış edən məktəbin direktoru Xırda Ağayeva mənfur ermənilərin təcavüzünə qarşı qətiyyətlə, güclü mövqedə dayanmağa və bu qan yaddaşını heçbir zaman unutmamağa çağırıb. Daha sonra isə məktəbin şagird kollektivinin iştirakı ilə ədəbi – bədii kompozisiya tədbir iştirakçılarına təqdim olunub.
Davam edən silsilə tədbirlər regional idarənin Bərdə rayon nümayəndəliyinin tabeliyində olan klub müəssisələrində də davam edib. Rayon Mədəniyyət Mərkəzinin filiallarından olan 2 nömrəli şəhər klubu, Ziyafət Balıyev adına Yenidaşkənd kənd folklore evi, Alpoud kənd Mədəniyyət evi, Böyük Göyüşlü kənd folklore klubu, Hacallı kənd folklor klubu, Kələntərli kənd Mədəniyyət evi, Türkmən kənd klubu və digər klub müəssisələrində də 31 mart – azərbaycanlıların soyqrım günü silsilə tədbirlərlə anılıb.
Silsilə tədbirlərdən biri də Bərdə rayon nümayəndəliyinin tabeliyində olan Bərdə Dövlət Rəsm Qalereyasında keçirilib. Soyqrım barəsində məlumat verən qalereyanın direktor əvəzi Səidə Yusibova bildirmişdir ki, 31 mart hadisələri insanlıq əleyhinə və maddə-mənəvi irsimizə qarşı yönəldilmiş bir faciədir. Daha sonra Səidə xanım həvəskar rəssamlar tərəfindən çəkilmiş rəsm əsərlərini nümayiş etdirib.
Regional İdarənin Mingəçevir şəhər nümayəndəliyində də 31 mart - Azərbaycanlıların soyqırımı günü geniş şəkildə qeyd olunub. Mədəniyyət müəssisələrində təşkil olunan tədbirlərdə tarixi həqiqətlər bir daha yad edilərək erməniləri vəhşiliklərdən söz açılıb.
Mingəçevir şəhər Tarix muzeyi, Şəhid Azər Niftəliyev adına Mədəniyyət Mərkəzi və tabeliyində olan klub müəssisələri, Mingəçevir şəhər Heydər Əliyev Mərkəzi, uşaq musiqi və incəsənət məktəbləri və digər mədəniyyət müəssisələri tərəfindən təşkil olunan anım tədbirlərində Soyqırım dəhşətlərinin özündə əks etdirən sərgilər, video çarxlar, filmlər, ədəbii-bədii kompozisiyalar təşkil olunub, nitqlər səsləndirilib.
Regional İdarənin Yevlax şəhər nümayəndəliyində də 31 mart – azərbaycanlıların həmrəylik günü ilə bağlı silsilə tədbirlər keçirilib. Tədbirlərdə ermənilərin törətdiyi vəhşiliklərdən danışılaraq bu sahədə ölkə prezidenti İlham Əliyevin apardığı uğurlu daxili və xarici siyasətin nəticəsindən, ordu quruculuğundan, bu soyqırımın dünya ictimaiyyətində tanınmasından danışıb.
Yevlax şəhər Mədəniyyət Mərkəzi və Şəhər Mərkəzi kitabxana sistemi ilə birlikdə 31 mart Dünya Azərbaycanlılarının soyqım gününə həsr olunmuş “Bayraqları Bayraq Edən Tökülən Qandır, Torpaq Uğrunda Ölən Varsa, Vətəndir ” adlı dəyirmi masa keçirilib.
Tədbiri giriş sözü ilə Mədəniyyət Mərkəzinin direktoru Respublikanın Əməkdar Mədəniyyət İşçisi Eldəniz Mustafayev açaraq erməni vandallarının zaman- zaman Azərbaycan xalqının başına gətirdiyi müsibətlərdən danışıb və soyqırım zamanı həyatlarını itirmiş şəhidlərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla yad etməyi xahiş edib.
Daha sonra çıxış edən Regional idarənin Yevlax şəhər nümayəndəliyi üzrə baş məsləhətçisi Rafiq Məmmədov mənfur ermənilərin təcavüzünə qarşı qətiyyətlə, güclü mövqedə dayanmağa və bu qan yaddaşını heçbir zaman unutmamağa çağırıb.
Sonda soyqırıma həsr olunmuş video çarx nümayiş olunub.
Yevlax şəhər Heydər Əliyev Mərkəzində 31 mart - Azərbaycanlıların soyqırımı gününə həsr olunmuş tədbir keçirilib.
Tədbiri giriş sözü ilə Mərkəzin direktoru Aygün Qasımova açaraq tarixən erməni daşnaklarının zaman-zaman Azərbaycan xalqının başına gətirdikləri müsibətlərdən, yersiz torpaq iddialarından, saxtalaşdırılmış erməni tarixindən danışıb.
Sonda tədbir iştirakçılarına 31 Mart soyqırımına həsr olunmuş video material nümayiş etdirilib.
Regional idarənin tabeliyində olan yevlax rayon Yəldili kənd mədəniyyət evi, Varava kənd Folklor evi, Ərəş kənd Folklor evi, Malbinəsi kənd mədəniyyət evi və digər klub müəsssisələrində də 31 mart - azərbaycanlıların soyqırımı günü silsilə tədbirlərlə anılıb. Tədbirlərdə erməni vandallarının zaman-zaman Azərbaycan xalqının başına gətirdiyi müsibətlərdən danışılıb və bütövlükdə torpaqlarımız, vətənimiz uğrunda Şəhid olan həmvətənlərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla yad edilib. Sonda məktəbli şagirdlər şəhidlərimiz haqqında və qələbə əzmli şerlər səsləndiriblər.
31 mart - azərbaycanlıların soyqırımının 100 illiyi Regional idarənin tabeliyində olan Yevlax şəhər Tarix-Diyarşünaslıq muzeyində də qeyd olunub. “ Unudulmayan tarix” adı altında baş tutan tədbirdə Azərbaycanın Ümummilli Lideri Heydər Əliyevin 26 mart 1998- ci il tarixli sərəncamı ilə 31 mart tarixinin Azərbaycanlıların Soyqırımı Günü kimi qeyd olunmasından, Azərbaycanlıların ermənilər tərəfindən kütləvi surətdə qırğına , represiyalara məruz qalmasından , doğma yurdlardan sürgün edilməsindən, didərgin salınmasından danışılıb.
Tədbir vətən uğrunda canından keçmiş qəhrəman soydaşlarımızın əziz ruhunun bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanıb.
Çıxış edən muzeyin direktoru Kəmalə Mikayılova hadisələrin gedişatından, dinc əhaliyə divan tutulmasından, ermənilərin böyük ermənistan yaratma fikirlərindən və bu istiqamətdə onların fitnəkar əməllərindən söz açıb.
Daha sonra tədbir iştirakçıları soyqırıma həsr olunmuş kompozisiya ilə tanış olublar.
31 Mart - Azərbaycanlıların soyqırımı günü ilə bağlı Bərdə Regional Mədəniyyət və Turizm İdarəsinin Tərtər rayon nümayəndəlində də silsilə olaraq anım tədbirləri keçirilib. Tədbirlərdə Soyqırım qurbanlarının xatirəsi yad edilərək Azərbaycan xalqının zamanla erməni millətçiləri tərəfindən dəfələrlə soyqırma məruz qalmasından söz açılıb. Həmin soyqırımlarda minlərlə dinc əhaliyə divan tutulduğu, ermənilər tərəfindən vəhişicəsinə, əzablar və işgəncələrlə qətlə yetirildikləri konkret faktlarla izah olunub.
MKS-in direktor müavini İsmayılova Reyhan, Metodika və Biblioqrafiya şöbəsinin müdiri Süleymanova Ətrabə, baş kitabxanaçı Cavadova Kifayət, Mədəniyyət Mərkəzinin bədii rəhbəri Quliyev Sadiq çıxış edərək bildiriblər ki, Azərbaycanlılara qarşı iki əsr davam edən soyqırım nəticəsində yüzlərlə yaşayış məntəqəsi yerlə-yeksan edilib, minlərlə azərbaycanlı böyük qəddarlıqla qətlə yetirilib, insanlar ev-obasından didərgin düşüb.
Bundan başqa kitabxanada “Azərbaycanlıların soyqırımı-100” başlıqlı sərgiyə baxış keçirilib və Azərbaycanlıların soyqırımı haqqında videoçarx nümayiş olunub.
Silsilə anım tədbirləri MKS-in şəhər, Qarağacı, Qapanlı, Qazyan və digər kənd kitabxana filiallarında da davam etdirilib.
Regional idarənin tabeliyində olan Tərtər rayon Tarix-Diyarşünaslıq muzeyində də “31 mart – Azərbaycanlıların Soyqrım Günü “ ilə əlaqədar muzeydə anım günü keçirilib.
Tədbiri giriş sözü ilə muzeyin direktor əvəzi Aybəniz Məmmədova açaraq ötən əsrdən bəri bir neçə dəfə Azərbaycanlıların ermənilər tərəfindən təcavüzünə məruz qalmasından, 152 ibadət evi, 62 məscid və bir sıra tarixi abidələrimizin talan edilməsindən söz açıb. Daha sonra Aybəniz xanım Bakıda ,Şamıxda Qubada Lənkəranda rus əsgərləri ilə ermənilərin birləşib Bakını, eləcə də Bakı ətrafı kəndlərin dağıldılmasından danışıb və 1918-ci ilin mart ayının son 3 günündə 30 min əhalinin Bakıda amansızlıqla öldürüldüyünü, 400 milyon manatlıq qızıl ziynət əşyasının talan olunduğunu diqqətə çatdırıb.
Bolgexeber.com
Bərdə Regional Mədəniyyət və Turizm İdarəsi Soyqırımı Günü ilə bağlı silsilə tədbirlər keçirilir-FOTO
Bərdə Regional Mədəniyyət və Turizm İdarəsi Soyqırımı Günü ilə bağlı silsilə tədbirlər keçirilir-FOTO
Bərdə Regional Mədəniyyət və Turizm İdarəsi Soyqırımı Günü ilə bağlı silsilə tədbirlər keçirilir-FOTO
Bərdə Regional Mədəniyyət və Turizm İdarəsi Soyqırımı Günü ilə bağlı silsilə tədbirlər keçirilir-FOTO
Bərdə Regional Mədəniyyət və Turizm İdarəsi Soyqırımı Günü ilə bağlı silsilə tədbirlər keçirilir-FOTO
Bərdə Regional Mədəniyyət və Turizm İdarəsi Soyqırımı Günü ilə bağlı silsilə tədbirlər keçirilir-FOTO
Bərdə Regional Mədəniyyət və Turizm İdarəsi Soyqırımı Günü ilə bağlı silsilə tədbirlər keçirilir-FOTO
Bərdə Regional Mədəniyyət və Turizm İdarəsi Soyqırımı Günü ilə bağlı silsilə tədbirlər keçirilir-FOTO