BolgeXeber.Com » Xəbərlər » Abituriyentlərin nəzərinə: sınaq imtahanlarının cavabları 3 günə AÇIQLANACAQ

Abituriyentlərin nəzərinə: sınaq imtahanlarının cavabları 3 günə AÇIQLANACAQ

2-04-2018, 17:33
Oxunub: 2 040 Abituriyentlərin nəzərinə: sınaq imtahanlarının cavabları 3 günə AÇIQLANACAQAprelin 1-də keçirilən sınaq imtahanında I-IV ixtisas qrupları üzrə (Azərbaycan və rus bölmələri ) istifadə edilmiş test tapşırıqlarının doğru cavab etalonları dərc olunub

Sınaq imtahanında I-IV ixtisas qrupları üzrə (Azərbaycan və rus bölmələri ) istifadə olunmuş test tapşırıqlarının doğru cavab etalonları ilə buradan tanış ola bilərsiniz.
Dövlət İmtahan Mərkəzindən verilən məlumata görə, hazırda cavab kartları və imtahan protokollarının emalı prosesi həyata keçirilir, nəticələrin yaxın 3 gün ərzində elan olunması nəzərdə tutulur.
İmtahan nəticələrini Mərkəzin internet səhifəsindən və mobil operatorlardan (Azercell, Bakcell, Nar) iş nömrəsini 7727-yə SMS göndərməklə öyrənmək olar.