BolgeXeber.Com » Gündəm » Göyçay İ.H başçısı şəhid ruhuna hörmətsizlik edib?(FOTOLAR)

Göyçay İ.H başçısı şəhid ruhuna hörmətsizlik edib?(FOTOLAR)

3-04-2018, 11:51
Oxunub: 3 631 Göyçay İ.H başçısı şəhid ruhuna hörmətsizlik edib?(FOTOLAR)"02 aprel 2018-ci il tarixdə Kəlbəcərin işğalının 25-ci il dönümü yad edilən bir vaxtda Göyçay rayon icra başçısı Mehdi Səlimzadə bir qrup əməkdaşını evimizə göndərib şəhid bulağını sökməyə tapşırıq verdi"

Göyçay rayonun Potu kəndində məskunlaşmış kəlbəcərli məcburi köçkün, şəhid ailəsi Nailə Ənircan qızı Quliyeva [b]Bolgexeber.com[/b]-a şikayət məktubu ünvanlayıb. Şikayətçi icra başçısının şəhidin ruhuna hörmətsizliyindən gileylənib. Nailə Quliyeva haqsızlıqla əlaqədar Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevadan kömkək istəyir.

"Mənim həyat yoldaşım Rüstəmov Vilayət Məhəmməd oğlu Qarabağın azadlığı uğrunda gedən döyüşlərdə şəhid olub.Vilayət Rüstəmov Ağdarə-Kəlbəcər döyüşlərində 701 saylı hərbi hissənin kəşfiyat komandiri olub.Vəhşi ermənilərin atdığı snaryad posta düşən zaman həyat yoldaşım Vilayət şəhid olub.Həmin vaxt onun meyidi ələ gəlməz olduğundan bizə göstərmədilər döyüşçü yoldaşları onu orada dəfn etdilər. Kəlbəcərin işğalı zamanı özümdə ağır yaralanıb əlil olmuşam.1993-cü ildən Göyçay rayonunun Potu kəndində məskunlaşmışıq.Həyat yoldaşım şəhid Vilayətin ziyarət edilməsi üçün qəbri işğal altındakı torpaqda olduğu üçün qərara aldıq ki, yaşadığımız evin yanında boş bir yerdə şəhid bulağı inşa edək. Aldığımız şəhid pulu ilə həmin bulağı inşa etdiririk hələ İşi tamamlamamışıq.Dünən 02 aprel 2018-ci il tarixdə Kəlbəcərin işğalının 25-ci il dönümü yad edilən bir vaxtda Göyçay rayon icra başçısı Mehdi Səlimzadə bir qrup əməkdaşını evimizə göndərib şəhid bulağını sökməyə tapşırıq verdi.Dedilər ki, burada şəhid bulağı inşa etmək olmaz mütləq sökülməlidir. İcra başçısı Mehdi Səlimzadənin bu tapşırığı mənə bir anlıq erməni vəhşiliyini xatırlatdı.Mən bunu şəhidlərin ruhuna hörmətsizlik kimi qəbul edirəm.Bu bulağı öz vəsaitimiz hesabına inşa etdirik ki, ziyarət etməyə qəbri olmayan həyat yoldaşım şəhid Vilayət Rüstəmovun xatirəsini əbədiləşdirək.Çünki o Azərbaycan Respublikasının suverenliyi və Qarabağın azadlığı uğrunda gedən döyüşlərdə şücaət göstərib orden və medallarla təltif olunub.Biz bununla fəxr edirik, qürur duyuruq. Ancaq şəhidin ruhuna hörmətsizlik edən Mehdi Səlimzadə isə qanunsuz fəaliyyəti ilə fəxr edən kimi davranır. Kiçik 2-3 kvadrat metr nə böyük yer olub ki, onu şəhidə çox görür.Özü isə 2 ildə az qala Göyçayın yarsını zəbt edib.Bazar-dükanlar açır, insanları incidir, narazılıqlar yaradır.

Mən mətbuat vasitəsi ilə şəhid ailələrinin himayədarı cənab İlham Əliyevə və Mehriban xanım Əliyevaya müraciət edib xahiş edirəm şəhid ruhuna hörmətsizlik edən icra başçısı Mehdi Səlimzadənin şəhid bulağının sökülməsinə verdiyi tapşıdığın qarşısını alasınız onun barəsində ciddi tədbirlər görəsiniz.Azərbaycan Respublikasının suverenliyi və Qarabağın azadlığı uğrunda gedən döyüşlərdə canını qurban verən şəhidə 2-3 kv metr yeri çox gördü".

Bu gun [b]Bölge.tv[/b]-nın əməkdaşları şəhidin yaxınları ilə əlaqə saxladı. Onlar bildirdilər ki,"02.02.2018-ci ildə icra başçısının birinci müavini bizə bildirdi ki şəhidimiz 1993-ci ildə olub. Lakin biz bu yeri aprel şəhidinin adına bulaq açacağıq". [b]Bölgə.tv[/b] olaraq bizi maraqlandıran oldu ki, görəsən şəhidlərimizin təzəsi köhnəsi olur? Və bu sualı Göyçay rayon İcra başçısının köməkçisinə ünvanladıq. O bu suala belə cavab verdi ki, "mən bu işlərə baxmıram .İcra başçısının müavini ilə əlaqə saxlayın". Biz də İcra başçısının birinci müavini Hikmət müəllimlə dəfələrlə əlaqə saxlamağımıza baxmayaraq zənglərimiz cavabsəz qaldı. Mövzunu diqqətdə saxlayacağıq.
[b]Bolgexeber.com[/b
Göyçay İ.H başçısı şəhid ruhuna hörmətsizlik edib?(FOTOLAR)
Göyçay İ.H başçısı şəhid ruhuna hörmətsizlik edib?(FOTOLAR)
Göyçay İ.H başçısı şəhid ruhuna hörmətsizlik edib?(FOTOLAR)
Göyçay İ.H başçısı şəhid ruhuna hörmətsizlik edib?(FOTOLAR)
Göyçay İ.H başçısı şəhid ruhuna hörmətsizlik edib?(FOTOLAR)