BolgeXeber.Com » Xəbərlər » İlham Əliyev bu şəxsləri təltif etdi (SİYAHI)

İlham Əliyev bu şəxsləri təltif etdi (SİYAHI)

3-04-2018, 19:07
Oxunub: 1 844 İlham Əliyev bu şəxsləri təltif etdi (SİYAHI)Prezident İlham Əliyev sərəncam imzalayıb.

Bolgexeber.com xəbər verir ki, dövlət başçısı Azərbaycan Respublikasında avtomobil sənayesinin inkişafında xidmətlərinə görə Kamran Qılman oğlu Nəzərova "Əməkdar mühəndis” fəxri adı verib.

İlham Əliyev başqa bir sərəncamla avtomobil sənayesinin inkişafında uzunmüddətli səmərəli fəaliyyətləri ilə əlaqədar "Gəncə Avtomobil Zavodu” İstehsalat Birliyinin aşağıdakı əməkdaşlarını "Tərəqqi” medalı ilə təltif edib:

İsgəndərov Hümbət Rafiq oğlu
Qasımov Etibar Vilayət oğlu
Məmmədov Füzuli Ziyad oğlu
Səfərov Bəhlul Novruz oğlu