BolgeXeber.Com » İdman » Ronaldu: "Azərbaycan millisinin də qapısına belə zərbə endirmişdim"-VİDEO

Ronaldu: "Azərbaycan millisinin də qapısına belə zərbə endirmişdim"-VİDEO

4-04-2018, 10:08
Oxunub: 3 255 Ronaldu: "Azərbaycan millisinin də qapısına belə zərbə endirmişdim"-VİDEOKriştianu Ronaldu "Yuventus"la səfər matçında 2 qol vurub

Bolgexeber.com report-a istinadən xəbər verir ki, bunu İspaniyanın "Real Madrid" klubunun futbolçusu Kriştianu Ronaldu Çempionlar Liqasının ilk 1/4 final matçında İtaliya "Yuventus"unun qapısından keçirdiyi ikinci top barədə danışarkən deyib. 33 yaşlı hücumçu Portuqaliya millisinin heyətində 2014-cü il dünya çempionatının seçmə qrup matçı zamanı Azərbaycan millisinin qapısına endirdiyi aşırma zərbəni xatırladıb. O bildirib ki, 2012-ci il sentyabrın 11-də keçirilmiş həmin görüşdə zərbəsindən sonra top qapı tirinə dəyərək, çölə çıxmışdı. Bu dəfə isə Ronaldu topun qapıya daxil olduğunu vurğulayıb: Bu, xoş təsir bağışlayan, yaddaşlarda qalacaq qol oldu. Şübhəsiz ki, "Yuventus"a vurduğum ikinci top mənim ən gözəl qolumdur".

Qeyd edək ki, Kriştianu Ronaldu "Yuventus"la səfər matçında 2 qol vurub. Bununla da təcrübəli hücumçu Çempionlar Liqasında ardıcıl 10-cu oyunda fərqlənərək, qollarının sayını 14-ə çatdırıb və bombardirlər siyahısında liderliyini möhkəmlədib.