BolgeXeber.Com » Siyasət » Almaniya “Skripalın işi“ ilə bağlı Böyük Britaniyanı tənqid etdi

Almaniya “Skripalın işi“ ilə bağlı Böyük Britaniyanı tənqid etdi

4-04-2018, 11:27
Oxunub: 2 597 Almaniya “Skripalın işi“ ilə bağlı Böyük Britaniyanı tənqid etdiAlmaniyanın Şimali Reyn - Vestfaliya federal torpağının Baş naziri və kansler Angela Merkelin yaxın müttəfiqi Armin Laşet "Skripalın işi" ilə bağlı Böyük Britaniyanı tənqid edib

Trend-in məlumatına görə, Laşet deyib ki, Böyük Britaniya rus diplomatlarının çıxarılması ilə bağlı digər ölkələrə çağırış etməmişdən əvvəl "Skripalın işi" ilə bağlı yetərli sübutlar toplamalı idi.

Laşet həmçinin bildirib ki, Rusiyaya qarşı hansı dövlət necə addım atırsa, öz işidir, amma beynəlxalq hüquq başqa yanaşmanı özündə ehtiva edir.

Xatırladaq ki, martın 4-də İngiltərənin Solsberi şəhərində Rusiya Baş Kəşfiyyat İdarəsinin sabiq əməkdaşı Sergey Skripal qızı ilə birgə kimyəvi hücum nəticəsində zəhərlənmişdi.