Azərbaycanda ipoteka kreditləri üzrə sığorta tarifləri aşağı salınacaq
4-04-2018, 11:29
Oxunub: 3 720
Azərbaycan Sığortaçılar Assosiasiyasının (ASA) təşkilatçılığı ilə həyat sığorta şirkətlərinin İpoteka və Kredit Zəmanət Fondu ilə görüşü baş tutub
ASA-dan "APA-Economics"ə verilən məlumata görə, İpoteka Fondunun “İpoteka haqqında” qanunun 27.1-ci maddəsinə dəyişiklik təşəbbüsü ilə çıxış etməsi görüşün əsas müzakirə mövzusu olub. Məsələ ilə bağlı tərəflər öz mövqelərini ifadə edib və məsələnin hər iki tərəfi qane edəcək şəkildə həll olunması istiqamətində təkliflər irəli sürülüb.
Görüşün yekunu olaraq, sığortaçıların ipoteka kreditləri üzrə sığorta tariflərinin endirilməsi barədə razılığa gəlinib. Növbəti görüşdə bununla bağlı görüləcək tədbirlərin ətraflı müzakirə olunması qərara alınıb.
Qeyd edək ki, İpoteka Fondunun Qanuna dəyişiklik təşəbbüsü ilə əlaqədar ASA-nın təşkilatçılığı ilə həm rəhbərlik səviyyəsində, həm də işçi qrupu səviyyəsində görüşlər keçirilmişdir. Bu görüşlərin nəticəsi olaraq sığortaçıların Fondla görüşü təşkil olunmuşdur.
Çox Oxunanlar
- 30-03-2024, 18:40 : Kəlbəcərdə silah- sursat aşkarlandı
Xəbərlər / Ölkə
- 6-04-2024, 16:31 : İlham Əliyev sərəncam imzaladı
Siyasət / Xəbərlər
- 13-04-2024, 17:21 : "20 Yanvar" faciəsinin şahidi sökülür?
Xəbərlər / Ölkə
- 25-03-2024, 17:57 : Terror aktından sonra bu şəxslərə nəzarət gücləndirildi
Dünya / Xəbərlər
- 26-03-2024, 17:50 : 14 yaşdan kiçiklər üçün sosial media qadağası
Sosial / Xəbərlər
- 28-03-2024, 13:36 : Məktəblərə işə qəbul üzrə təkrar müsahibə keçiriləcək
Xəbərlər / Ölkə
- 20-04-2024, 17:53 : Bu avtobuslardan istifadə edənlərin NƏZƏRİNƏ
Xəbərlər / Ölkə
- 10-04-2024, 15:42 : Misir Mərdanovun səhhətində problem yarandı
Xəbərlər / Ölkə
- 9-04-2024, 17:54 : Türkiyədə ən çox dinlənilən qadın müğənni oldu
Şou-Biznes / Xəbərlər
- 25-03-2024, 17:47 : Zamiq Hüseynov: “Kiminsə sözü məni narahat etmir”
Şou-Biznes / Xəbərlər