BolgeXeber.Com » Xəbərlər » Həftənin sonuna qədər ölkədə müşahidə olunacaq hava haqqında

Həftənin sonuna qədər ölkədə müşahidə olunacaq hava haqqında

4-04-2018, 13:21
Oxunub: 2 307 Həftənin sonuna qədər ölkədə müşahidə olunacaq hava haqqındaAzərbaycan ərazisində növbəti 4 gündə müşahidə olunacaq hava proqnozu açıqlanıb

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova deyib ki, aprelin 5-dən 9-dək ölkədə hava şəraiti mülayim keçəcək.

Onun sözlərinə görə, aprelin ikinci ongünlüyünə qədər Azərbaycan ərazisində yağmursuz hava şəraiti müşahidə olunacaq: "Mülayim cənub-şərq küləyi əsəcək".

G.Məmmədova qeyd edib ki, bu günlə müqayisədə növbəti günlərdə havanın temperaturu tədricən yüksələcək.