BolgeXeber.Com » Xəbərlər » Ramil Usubov Göyçayda vətəndaşları qəbul edəcək

Ramil Usubov Göyçayda vətəndaşları qəbul edəcək

4-04-2018, 14:22
Oxunub: 2 030 Ramil Usubov Göyçayda vətəndaşları qəbul edəcəkDaxili işlər naziri, general-polkovnik Ramil Usubov Göyçay rayonunda vətəndaşları qəbul edəcək.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən verilən məlumata görə, qəbul aprelin 28-də Göyçay Rayon Polis Şöbəsində olacaq.

Görüşdə Göyçay, Mingəçevir, Ağsu, Şamaxı, İsmayıllı, Yevlax, Ucar, Kürdəmir, Ağdaş şəhər və rayonlarının sakinlərini iştirak edə bilərlər.

Vətəndaşlar daxili işlər orqanlarının əməkdaşlarının fəaliyyətinə və Daxili İşlər Nazirliyinin səlahiyyətlərinə aid məsələlərlə bağlı müraciət etməklə qəbula yazıla bilərlər.

Qəbula gələnlər şəxsiyyət vəsiqələrini təqdim etməlidirlər.