BolgeXeber.Com » Mədəniyyət » Nazilə Səfərliylə keçmiş gəlininin xalça davası böyüyür-VİDEO

Nazilə Səfərliylə keçmiş gəlininin xalça davası böyüyür-VİDEO

4-04-2018, 16:55
Oxunub: 5 239 Nazilə Səfərliylə keçmiş gəlininin xalça davası böyüyür-VİDEOXınayaxdı aparıcısı Nazilə Səfərlinin qardaşının keçmiş həyat yoldaşı Pərvanə "Xəzər" telekanalında Xoşqədəm Hidayətqızının aparıcılığıyla yayımlanan "Səni axtarıram" verilişində ilginc açıqlamalar verib

"Ölkə.Az"ın məlumatına görə, Pərvanə bildirib ki, N.Səfərli onun iki xalçasını götürərək xınayaxdı məclislərində istifadə edir.
N.Səfərli isə əməkdaşımızla söhbətində keçmiş gəlinlərinin iddialarına belə cavab verib:
"Bacım dedi ki, Telnarə xala (Pərvanənin anasını nəzərdə tutur-İ.V.) rayondan gətirdiyi kilimlərini satır. Qiymətiylə maraqlandıq, dedi ki, birini iki yüz manata verir. Qiyməti aşağı salıb hərəsini yüz səksən manatdan aldıq. Xınayaxdı məclisimiz bitən kimi bacım kilimlərin pulunu məndən alıb, Telnarə xalaya verdi. Mən nə kilim almışam, nə də pul vermişəm".