BolgeXeber.Com » Gündəm » “Azərişıq”-dan şikayət – “Yeni fırıldaq kəşf ediblər” – FOTOFAKT

“Azərişıq”-dan şikayət – “Yeni fırıldaq kəşf ediblər” – FOTOFAKT

5-04-2018, 10:21
Oxunub: 3 414 “Azərişıq”-dan şikayət – “Yeni fırıldaq kəşf ediblər” – FOTOFAKT“Azərişıq” ASC əhalinin cibinə girməyə davam edir.

Minval.info-a daxil olan şikayətə görə, “Azərişıq” ASC aylıq sərfiyyatın limitli olmasından istifadə edərək daha çox işıqdan istifadə haqqı yazmağa çalışır. Belə ki, tarifə görə 300 kvts-a qədər istifadə etdikdə elektrik enerjisindən istifadə haqqı 7 qəpikdən, bu limiti keçdikdən sonra isə 11 qəpikdən hesablanır.

Tarifin bu cür hesablanmasını fürsət bilərək, Suraxanı rayonu Romanı qəsəbəsi 3-cü sahədə isə sayğaca nəzarət etməli olan şəxs 1 ay əraziyə gəlməyib və əhaliyə bildiriş verilməyib. Sakinlər bir neçə dəfə “Azərişıq” ASC ilə əlaqə saxlayıb sayğaclarına əsasən elektrik enerjisi sərfiyyatına ödəməli olduqları pulun müəyyən edilməsini tələb etsə də, nə gələn olub, nə də gedən. Ən son bu ilin yanvar ayında bildiriş alan sakinlər onlara bildirişi təqdim edəcək şəxsi bir də mart ayında görüblər. Həmin şəxs isə 2 aylıq sərfiyyatı 1 ay kimi hesablayaraq daha çox işıq pulu yazıb. Əgər sakin fevral ayında 250 kvts, martda da 300 kvts elektrik enerjisi istifadə edib, 7 qəpikdən ödəyəcəkdisə, indi sanki 1 ay içərisində 550 kvts-dan çox elektrik enerjisindən istifadə etmiş kimi ödəniş edəcək. Beləliklə, sakin qurum işçisinin səhlənkarlığı ucbatından 10 manat əlavə ödəməli olacaq.

“Azərişıq”-dan şikayət – “Yeni fırıldaq kəşf ediblər” – FOTOFAKT


Şikayətçi bildirir ki, onlara hər ay 20 manat civarında işıq pulu gəlir. Elə yanvar ayında da 22 manatlıq bildiriş gəlmişdi. Yəni, bir ayın içində 2 dəfə çox elektrik enerjisindən istifadə etməkləri mümkün deyil. Sakinlər etirazından sonra məsələnin həll ediləcəyi deyilsə də, hələ ki heç bir tədbir görülmür. Məsələnin həll edilməsini gözləyən sakinlər kiminsə məsuliyyətsizliyi ucbatından əlavə pul ödəməyəcəklərini deyirlər.