BolgeXeber.Com » İqtisadiyyat » Brejnevin “Çayka”sı internetdə satışa çıxarıldı

Brejnevin “Çayka”sı internetdə satışa çıxarıldı

5-04-2018, 10:52
Oxunub: 3 169 Brejnevin “Çayka”sı internetdə satışa çıxarıldı“Yula” elan saytında 1980-ci ilin QAZ-13 “Çayka” avtomobilinin satışa çıxarıldığı barədə məlumat yayılıb

Bolgexeber.com “Sputnik-Özbəkistan”a istinadən xəbər verir ki, elanda satıcı limuzinin səfirliyin qarajına aid olduğunu və 1982-ci ildə Sovet İttifaqının lideri Leonid Brejnevin Özbəkistana səfəri zamanı onunla Daşkəndi gəzdiyini əmin edir.

Avtomobilin satış qiyməti 30 milyon rubl göstərilir. Məlumata görə, “Çayka”a buna qədər iki sahib görüb və ümumilikdə cəmi iki min kilometr yol qət edib.

Limuzin 20 saniyə ərzində 100 km/s-a qədər sürət yığa bilir. Avtomobilin orijinal mühərriki, 195 at gücü olan V-şəkilli “səkkizlik” də qorunub saxlanıb.