BolgeXeber.Com » Siyasət » ABŞ Putinin dostlarına qarşı sanksiyalar tətbiq edir

ABŞ Putinin dostlarına qarşı sanksiyalar tətbiq edir

5-04-2018, 11:14
Oxunub: 2 743 ABŞ Putinin dostlarına qarşı sanksiyalar tətbiq edirRəsmi Vaşinqton həftənin sonuna qədər bir sıra rusiyalı biznesmenə qarşı sanksiya tətbiq edəcək.

Oxu.Az-ın xəbərinə görə, bu barədə “Reuters” etibarlı mənbələrə istinadən yazır.

Bildirilir ki, “Vladimir Putin və Rusiya hökumətinə yaxın iş adamlarına” qarşı sanksiyalar barədə cümə axşamı, aprelin 5-də elan ediləcək.

Ağ ev və ABŞ Maliyyə Nazirliyi məsələyə şərh verməkdən imtina edib.