BolgeXeber.Com » Xəbərlər » Çox işləmək ürəyi zora salır

Çox işləmək ürəyi zora salır

5-04-2018, 14:15
Oxunub: 2 382 Çox işləmək ürəyi zora salırÇox işləmək sağlamlığa ciddi ziyan vurur

Novator.az-ın məlumatına görə, “American Journal of İndustrial Medicine” dərgisindəki məqalədə belə deyilir. Alimlər Cənubi Koreyada 8 min 300 işçinin məlumatlarını analiz etdikdən sonra belə nəticəyə gəliblər ki, həftədə 40 saat işləyənlərlə müqayisədə 61-70 saat çalışanlarda ürəyin işemik xəstəliyi riski 42%, 71-80 saat işləyənlərdə isə 63% çoxalır.

“The Lancet” jurnalında dərc olunan digər elmi məqalədə isə bildirilir ki, tez-tez normadan artıq işləyənlərdə insult riski standart iş saatı üzrə çalışanlarla müqayisədə daha yüksəkdir. London Kollec Universiteti əməkdaşlarının tədqiqatı göstərib ki, iş həftəsində 55 saat çalışmaq 35-40 saatlıq iş saatı ilə müqayisədə insult riskini 33% artırır. Bu halda ürəyin işemik xəstəliyi riskinin də 13% çoxaldığı qeyd olunur.