İlin əvvəlindən süpürgəçilərin vurulması ilə 3 yol qəzası olub - Vaqif Əsədov
5-04-2018, 16:19
Oxunub: 1 761
Suraxanı Rayon İcra Hakimiyyətində Daxili İşlər Nazirliyinin rəhbərliyinin sifarişi əsasında paytaxtda təmizlik işləri aparan şəxslərə xüsusi geyim forması təqdim edilib.
Bu barədə Daxili İşlər Nazirliyinin Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin Yol hərəkəti təhlükəsizliyinin təbliği və ictimai qurumlarla əlaqə bölməsinin rəisi, polis polkovniki Vaqif Əsədov deyib.
Bölmə rəisi bildirib ki, tədbirdə xüsusi geyim formasının üstünlüklərindən danışılıb və 79 nəfərə həmin forma təqdim edilib: "Formanın verilməsində məqsəd yol hərəkətinin təhlükəsizliyini təmin etmək, yol qəzalarının sayının azaldılmasına yardımçı olmaqdır. Formanın üzərinə sayrışan işıqlar quraşdırılıb və işıqqaytarıcı var. Bu gödəkçələr kommunal təyinatlı küçə və yollarda təmizlik işləri ilə məşğul olan şəxslərə verilib. Son zamanlar Bakı şəhərində baş verən yol qəzalarında təmizlik işləri ilə məşğul olanların da vurulmasının şahidi olmuşuq. Bu da ciddi narahatlıq doğurur. İlin əvvəlindən bu günə qədər süpürgəçilərin vurulması ilə bağlı 3 yol qəzası baş verib. Nəticədə 1 nəfər ölüb, iki nəfər xəsarət alıb. Ona görə də bu tədbirlər davam etdiriləcək. Həmin şəxslərə formalar paylanıldı və həmin gödəkçələrlə davranış qaydaları da onlara başa salınıb. Gödəkçənin ilin istənilən mövsümündə geyinmək olar. 3 formada işıqlar quraşdırılıb. Gödəkçəni geyinən şəxs yolda günün istənilən vaxtında formadakı işıqlardan istifadə edə bilər. Hələlik 79 nəfərə forma paylanılıb. Amma, gələcəkdə bütün yollarda təmizlik işləri aparan şəxslərə həmin formalar paylanacaq".
Çox Oxunanlar
- 23-03-2024, 17:43 : Putin Rusiyada matəm elan etdi
Dünya / Xəbərlər
- 16-03-2024, 09:49 : Forum iştirakçılarının sayı rekord həddədir
Analitika / Xəbərlər
- 25-03-2024, 17:57 : Terror aktından sonra bu şəxslərə nəzarət gücləndirildi
Dünya / Xəbərlər
- 1-03-2024, 16:14 : Xərçəng xəstəsi olan Zeynəbin səhhəti pisləşdi
Şou-Biznes / Xəbərlər
- 1-03-2024, 16:44 : İcra başçısı Milli Məclisin deputatı ilə birlikdə Qaradağlı kənd tam orta məktəbində mövcud şəraitlə tanış olub
Bölgə / Xəbərlər
- 26-03-2024, 17:50 : 14 yaşdan kiçiklər üçün sosial media qadağası
Sosial / Xəbərlər
- 13-03-2024, 12:37 : Beynəlxalq hüququn normaları Azərbaycanın tərəfindədir
Analitika / Xəbərlər
- 1-03-2024, 19:46 : Qəzzada həlak olanların sayı açıqlandı
Dünya / Xəbərlər
- 23-03-2024, 15:23 : Bu ərazilərdə yaşayanların NƏZƏRİNƏ
Sosial / Xəbərlər
- 5-03-2024, 14:57 : İcra başçısı Milli Məclisin deputatı ilə birlikdə şəhid anası Sitarə Əzizovanı 70 illik yubileyi münasibəti ilə ziyarət ediblər
Bölgə / Xəbərlər