BolgeXeber.Com » Ölkə » "Bu barədə “Aztelekom” MMC-nin rəhbərliyi məsuliyyət daşımalıdır" - "Rabitə işi"...

"Bu barədə “Aztelekom” MMC-nin rəhbərliyi məsuliyyət daşımalıdır" - "Rabitə işi"...

5-04-2018, 17:48
Oxunub: 2 988 "Bu barədə “Aztelekom” MMC-nin rəhbərliyi məsuliyyət daşımalıdır" - "Rabitə işi"...Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində külli miqdarda mənimsəmədə və vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdə təqsirləndirilən keçmiş Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Göyçay Telekommunikasiya Qovşağının müdiri İslam Əliyev və baş mühasibi Soltanəli Məmmədovun cinayət işi üzrə məhkəmə istintaqı başlayıb

APA-nın xəbərinə görə, hakim Əhməd Quliyevin sədrliyi ilə keçirilən prosesdə prokuror ittiham aktını elan edib.

İttihama münasibət bildirən İ. Əliyev və S. Məmmədov özlərini təqsirli bilməyiblər.

İ. Əliyev məhkəmədə sərbəst ifadə verərək bildirib ki, görülmüş işlərin həcmi və qiyməti barədə sənədləri yoxlamadan imza ediblər: "Biz yalnız rəhbərliyin göstərişini yerinə yetirmişik. Bu barədə “Aztelekom” MMC-nin rəhbərliyi məsuliyyət daşımalıdır".

Proses aprelin 26-da davam etdiriləcək.

İttihama görə, təqsirləndirilən şəxslər vəzifə səlahiyyətlərindən istifadə edərək, tikinti materiallarının ayrılması üçün nazirliyə ayrılmış 3 milyon 245 min 598 manat məbləğində vəsaiti mənimsəyərək, öz ehtiyaclarını ödəmək üçün xərcləyiblər.

Lakin onların işi Vidadi Zeynalov və “Aztelekom” MMC-nin baş direktoru Məmməd Məmmədovun cinayət işindən ayrılıb və ittihamda göstərilən məbləğ onlar tərəfindən ödənildiyindən, hazırkı təqsirləndirilən şəxslərə qarşı yalnız 97 min manat məbləğində mülki iddia qaldırılıb.

Onların barəsində polisin nəzarətinə verilmə qətimkan tədbiri seçilib.