BolgeXeber.Com » İqtisadiyyat » "Facebook" 33 milyon dollar cərimələndi

"Facebook" 33 milyon dollar cərimələndi

6-04-2018, 09:31
Oxunub: 2 367 "Facebook" 33 milyon dollar cərimələndiBraziliya məhkəməsi "Facebook" şirkətini 33 milyon dollar cərimələyib

Trend-in "Reuters"ə istinadən verdiyi məlumata görə, şirkətin cərimələnməsinə ölkə hakimiyyəti ilə korrupsiya ilə bağlı işin araşdırılmasında əməkdaşlıq etməməsi səbəb olub.

Məlumata əsasən, 2016-cı ildə şirkət korrupsiya işinə cəlb edilən insanların "WhatsApp" messenceri ilə danışıqlarını məhkəməyə təqdim etməyib.

Qeyd edək ki, "WhatsApp Inc." 2014-cü ilin fevral ayından "Facebook"a məxsusdur.